Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ “İQTİSADİ, SOSİAL VƏ MƏDƏNİ HÜQUQLAR HAQQINDA” BEYNƏLXALQ PAKTINA UYĞUN OLARAQ AZƏRBAYCAN RESPUBLİKASININ QƏBUL ETDİYİ ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI ÜÇÜNCÜ DÖVRİ MƏRUZƏNİN HAZIRLANMASI VƏ TƏQDİM OLUNMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktına Azərbaycan Respublikasının qoşulduğunu nəzərə alaraq və həmin Paktın müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə üçüncü dövri məruzənin hazırlanmasını və Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar Komitəsinə təqdim olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə üçüncü dövri məruzənin hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Xələf Xələfov -Azərbaycan Respublikası xarici

işlər nazirinin müavini

İşçi qrupun üzvləri

İlqar Fəti-zadə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

Natiq Məmmədov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Sədaqət Qəhrəmanova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Həmid Bağırov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Sahib Rəhimov - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini

Azad Nağıyev - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini

Zakir Babayev - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini

İlyas Əliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Kamran İmanov - Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri

Zaur Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri

2. İşçi qrupa tapşırılsın ki, dörd ay müddətində bu sərəncamın birinci bəndində göstərilən məruzənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın birinci bəndində göstərilən üçüncü dövri məruzənin hazırlanıb baxıldıqdan sonra Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar Komitəsinə təqdim olunmasını təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin