Birləşmiş Ştatların neft ehtiyatları artıb
Bakı, 4 aprel, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 7,2 milyon barrel (1,6 faiz) çoxalaraq 449,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 425 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,8 milyon barrel (0,7 faiz) azalaraq 236,8 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]