Birləşmiş Ştatların neft ehtiyatları artıb
Bakı, 22 aprel, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 600 min barel (0,1 faiz) artaraq 493 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,9 milyon barel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 700 min barel azalaraq 635,9 milyon barel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 100 min barel (0,1 faiz) artaraq 235 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 300 min barel çoxalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:41]
Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]