Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BİZ ADP-DƏN NİYƏ AYRILDIQ?! ONA GÖRƏ Kİ, QARAGURUHÇULARLA BİR MÖVQEDƏ DURA BİLMƏDİK

Bu gün biz öz həyatımızda yol verdiyimiz səhvlə bağlı həmyaşıdlarımıza səmimi müraciət etmək istəyirik. Əslində isə bizi “xoşbəxt” həyata səsləyən, ancaq onların göstərdiyi yolla gedəriksə daha “demokratik” bir dövlətə qovuşacağımızı, süd gölündə üzəcəyimizi vəd edən bir qrup saxtakar və yalançının zorakı təsirindən qurtulduğumuz üçün öz ürək sözlərimizi demək istəyirik. Azərbaycan Demokrat Partiyasının “nüfuzlu baronları” Rəsul Quliyev, Sərdar Cəlaloğlu, onların fitvası ilə özünü “amalçı” adlandırıb, əslində amalsız mövqedə dayanan bu cür adamlar bizi öz məqsədlərinə uyğun xülyalara inandırmağa çalışır, hər gün beynimizi yalan və böhtanlarla doldururdular. Okeanın o tayında Azərbaycan xalqından qarət edilmiş sərvətlər hesabına kef çəkən rəhbərlərinin tezliklə gələcəyini, özünün gəlişi ilə səadət, xöşbəxtlik, zənbillərlə dolu vəzifələr gətirəcəyini söyləyən bu “ideoloqlar” mövcud iqtidara qarşı hər cür qara yaxırdılar. Bu söhbətlər sanki İsa Peyğəmbərin zühurunu xatırladan İncil nəğmələrinə oxşayırdı. Lakin atalar yaxşı deyib: “Yalan ayaq tutar, yeriməz”. Bir qədər sonra biz özümüz dərk etdik ki, bu cür böhtançı adamlardan, üfunətli yalanları təbliğ edən “nəzəriyyəçi”lərdən ayrılmaq zamanı çatmışdır. İnanın ki, bu cür yalan və böhtanlara normal insan ağlı tab gətirə bilməzdi. ADP-nin böhtan tribunası olan “Hürriyyət” qəzetinin hansı yazısının sərlövhəsini oxuyurduqsa xəcalət çəkirdik. Elə bil ki, bu adamlar heç də bu dövlətdə yaşamır, bu torpağın çörəyini yeyib, suyunu içmirlər. Sanki bu torpaq onların vətəni deyildir. Bu gün Naxçıvan Muxtar Respublikasında Əmralı Babayev ADP Ali Məclisinin sədri kimi, Nurəddin Bayramov “ideloji” katib kimi, Tofiq Əhmədov təşkilat katibi kimi özlərini əsas yerli partiya funksionerləri hesab edirlər. Yasin Rüstəmov isə özünü partiyanın təşkilat sədri adlandırır. Vallah, 15-20 üzvü olan partiyada bu cür vəzifələri saymağa belə, adam xəcalət çəkir. Biz aşkar surətdə görürük ki, bu cür şər və böhtançı adamlarla uzağa getmək olmaz. Ona görə də bu cür üzdəniraq demokratlarla, boş vəd sahibləri ilə bir mövqedə dura bilmərik. Biz bu gün dərk edirik ki, müdrik insanlar - Vətəninə, elinə, millətinə bağlı adamlar həmişə saf hisslərlə, gözəl arzularla, xoş və ülvi diləklərlə ömür sürür, xalqın qəlbində, yaddaşında əbədi yaşayırlar. Tale heç də hər xalqa güclü lider, böyük xilaskar bəxş etmir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi mahir siyasətçisi, müdrik dövlət xadimi, xilaskarı və qüdrətli milli lideri vardır. Azərbaycanı böyük fəlakətlərdən qurtaran bu müdrik şəxsiyyət xalqının yolunda, sözün əsl mənasında, yanar çıraqdır. Bu bir həqiqətdir ki, Heydər Əliyev dühası, Heydər Əliyev şəxsiyyəti və qətiyyəti Azərbaycanı həqiqi müstəqilliyə qovuşdurmuş, ölkəyə əsl azadlıq, real demokratiya və möhkəm siyasi sabitlik gətirmişdir. Ərazicə Azərbaycandan qat-qat böyük ölkələr var ki, rəhbərləri dünyada tanınmır. Bu gün dünyada tanınan müstəqil Azərbaycanın rəhbəri yüksək şəxsiyyətinə və nüfuzuna görə ən qüdrətli dövlət rəhbərləri ilə yanaşı dayanır. Bu ucalığa, Heydər Əliyev zirvəsinə həsədlə baxan nankor və nadan demokratlar, onların rəhbərləri Rəsul Quliyev, Sərdar Cəlaloğlu, Aydın Quliyev kimi böhtançılar olsa-olsa dağın ətəyinə yaxınlaşa bilərlər. Hər addımda çırkin mənəviyyatlarını göstərən bu bədnam insanlar ağı qaradan seçməyi bacaran Azərbaycan xalqının gözündə artıq layıq olduqları nifrət damğasını qazanıblar. Bu gün biz bir həqiqəti də dərk edirik. Gənc siyasətçi İlham Əliyev qısa müddət ərzində respublikamızda və beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazana bilmişdir. Son hadisələr göstərdi ki, İlham Əliyevə hər yerdə hörmət edilir, o sayılır və onun sözünün xüsusi çəkisi vardır. O hətta Avropada əyani şəkildə göstərdi ki, Azərbaycan nümayəndəsi İlham Əliyev sözü havayı demir, öz iradəsini dərin və əsaslı məntiqlə, bacarıqla təlqin edə bilir. İlham Əliyevin bir siyasətçi kimi özünəməxsusluğu onun yersiz hücumlara dərhal reaksiya verməməsidir. Aramsız və həmişə də haqsız ittiham və tənqidlərə məruz qalan İlham Əliyev səbrlə, təmkinlə, ağılla, inadla siyasət Olimpinin zirvəsinə doğru irəliləməkdədir. Fikrimizcə, burada nəticə birdir: İlham Əliyevə dünya miqyasında tanınan bir siyasətçi kimi qısqanclıq edənlərin, Avropa Şurasında onun nailiyyətlərinin üstünə kölgə salanların mövqeyi erməni daşnakların mövqeyi ilə üst-üstə düşür. Bircə həqiqəti başa düşmək lazımdır ki, İlham Əliyev bu xalqın layiqli oğludur və onun da seçib-seçilmək və ölkə prezidenti olmaq hüququ vardır. Onsuz da hər şeyi xalq müəyyən edir və məhz bu səbəbdən özünü “demokrat” adlandıran başabəla partiya nümayəndələrinin böhtan və qarayaxmaları, su bulandırmaları, İlham Əliyevə vurulan siyasi badalaqlar haqsız, yersiz və hədərdir. Biz görürük ki, İlham Əliyev Azərbaycan gəncliyinin, real sabahımızın, gələcəyimizin siyasətçisidir. Gələcək isə xalqın rifahi uğrunda yorulmadan çalışanlara, onun uğrunda hər cür savaşa girməyə hazır olanlara məxsusdur. Biz bu qısa müddətdə gördük ki, hər dəfə okeanın o tayından “bos”un öz kanalları ilə Naxçıvana göndərilən çirkli pulları üstündə “peşəkar”lar arasında əsl döyüş başlayır, hər bir sent üstündə şivənlər qopur, dava-dalaş düşür. “Demokratların” pul ehtirası uğrundakı mübarizəsi və bu zaman aralarındakı yaramaz münasibətlər bizim bu cür insanları ancaq varlanmaq, qazanmaq üçün yaşadıqlarını dərk etməyimizi reallaşdırdı. Məhz həmin pul bölgülərində partiyanın əvvəlki maliyyə katibi, Zeynəddin kənd sakini, keçmiş polis əməkdaşı Ələkbər Bayramov, keçmiş təşkilat katibi Bayram Rəhimov öz vəzifələri ilə vidalaşmalı oldular. Hətta iş o yerə çatmışdı ki, döyüşdə uduzan ali təhsilli Bayramı orta təhsilli Tofiq əvəz etmişdi. Onlar zor gücünə yığılmış üzvlük haqlarını da eyş-işrət məclislərinə xərcləyir, dostlarının sağlığına tostlar deyir, bu pullardan yalnız öz şəxsi məqsədləri üçün istifadə edirdilər. Onlar sıravi partiya üzvlərinə müxtəlif müəssisə rəhbərləri, bəzi şəxslər haqda gələcək böhtanlar üçün donos yığmaq tapşırığı verirdilər. Bu gün biz görürük ki, müxalifətə xas olan “xəstəlik” ADP-dən yan keçmir. Artıq ADP-nin sıralarında da növbəti parçalanma hiss olunur. Xüsusilə bu hal partiya sədrinin ABŞ-da olmasından istifadə edən bəzi funksionerlərin onun əleyhinə kampaniya aparmasında özünü göstərir. Bu məsələ ADP-nin baş katibi Sərdar Cəlaloğlunun özünü bəzi rayon təşkilatlarında prezidentliyə namizəd kimi qələmə verməsindən sonra daha da dərinləşib. Partiya sədri isə okeanın o tayından bu proseslərə münasibət bildirməkdən çəkinir. Partiyada isə Rəsul Quliyev qarşısında baş katibi “vurub”, irəli getməyə can atan Aydın Quliyev kimi qəzet redaktoru da vardır. ADP-nin təbliğat maşını da məzhəkə doğurur. Rəsul Quliyevin okeanın o tayından keçirdiyi selektor müşavirələri 50 il bundan əvvəl aparılan bolşevizm təbliğatının bir formasını xatırladır. Bu cür təbliğat “yenilikləri” partiya üzvlərinin özlərini də gülüş obyektinə çevirmişdir. Artıq “liderlər lideri”nin vətənə gəlmək cəsarətsizliyi partiya üzvlərini çaşbaş salmışdır. Bu gün artıq heç kəs “İskra” ruhlu “Hürriyyət”in böhtan dolu cağırışlarına inanmır. Artıq ölkədə prezident seçkiləri kampaniyası başlanmışdır. İndiyə qədər yol verdiyimiz bütün yanlışlıqlara baxmayaraq, bir həqiqəti də demək istəyirik. Hazırda ölkəmizin Prezidenti Heydər Əliyev, eləcə də İlham Əliyevlə mübarizə aparacaq nəzəri rəqiblərin hamısı məlumdur. Hamıya məlumdur ki, hələlik mətbuatda adları hallandırılan 20-dək namizədin heç biri mövcud iqtidara qalib gəlmək üçün zəruri olan siyasi, ideoloji və təşkilatı potensiala, sosial bazaya malik deyildir. Ümumiyyətlə, dövlətimizin gələcək rəhbəri olmaq üçün müxalifətin, xüsusilə “demokratların” səyləri və arzuları əsassızdır. Zaman bütün müxalifətçilərdən proqmatik yol tutmağı və öz imkanlarını daha real qiymətləndirməyi tələb edir. Müxalifətçilərin fəaliyyət proqramı ilə dünyanın heç bir ölkəsində, hətta banan respublikasında da qalib gəlmək mümkün deyildir. Amma deyəsən, nə vaxtsa təsirinə düşdüyümüz “demokrat” müxalifət qüvvələrinin illər boyu sınanmış başqa bir silahı da vardır: Növbəti məğlubiyyətdən sonra seçkilərin guya qeyri-demokratik keçirildiyini və saxtalaşdırıldığını iddia etmək və yeni seçilən prezidentin legitimliyini qəbul etməmək üçün hay-küy salmaq. Ancaq belə mənasız mübarizə üsullarına həm ölkəmizdə, həm də xaricdə daha inanmırlar. Bu gün, prezident seçkiləri qarşısında meydan təfəkkürü ilə yaşayan həmin adamlar adi səs toplamaq qabiliyyətinə belə malik deyillər. Təəsadüfü deyildir ki, onlar keçmiş parlament seçkiləri və ümumxalq səsverməsindən (referendum) qalmış köhnə siyahıları axtarıb tapır, yenidən köçürür, “ölü canları” dirildir, saxta imzalarla siyahı tərtib edib, Bakıdakı rəhbərlərinə göndərirlər. Artıq Yasin Rüstəmov kimi xəyanətkarlar indidən öz aralarında hay-küy salır, məğlubiyyətin qorxusunu hiss edərək beynəlxalq təşkilatlara məktublar hazırlamaqla Azərbaycanın uzun illər ərzində qazandığı nüfuzu hörmətdən salmaq üçün start xəttinə çıxmağa hazırlaşırlar. Vallah, adam xəcalətindən yerə girir. Ehtiyatda olan bu demokrat “silah”ı da artıq qəbul edilən variant deyildir. Biz gənclər səhv etdiyimizi dərindən dərk edərək, Rəsul Quliyev “işığına” yığışıb qaranlıqda səadət və xoş gün axtaran yarasalardan birdəfəlik ayrılır, onların dövlətçiliyimiz əleyhinə olan mənasız fəaliyyətinə “bəsdir, əbəsdir” deyirik. Qoy bizim səhvlərimiz təkrarlanmasın. Biz görürük ki, onların heç bir sosial bazası yoxdur, xalq onlara inanmır, onlar ancaq öz dərnəkləri daxilində kimi isə aldada bilərlər. Ancaq nə edəsən ki, xarakterində dağıdıcılıq və pozuculuq hissləri tüğyan edən belə müxalif partiyalar və onların baş funksionerləri bu həqiqəti görə bilmirlər. Bu, mənəvi korluq da deyildir. Ötən on ildə keçilmiş yola, qazanılmış böyük uğurlara qısqanclıq hissidir, nankorluqdur. Qurmaq və yaratmaq kimi xeyirxah fəaliyyətdən uzaq olan belə nankorlardan bundan özgə nə gözləmək olar? Onlar yaxşı başa düşürlər ki, 8 milyonluq xalq məhz Heydər Əliyev kimi böyük, parlaq şəxsiyyətin düşünülmüş, sınaqdan çıxmış siyasəti və yorulmaz fəaliyyəti hesabına xoş və firavan günlərdə yaşamaq hüququ qazanmışdır. Əminik ki, bu iqtidarla biz həmişə irəliləyəcəyik, daim inkişaf edəcəyik. Heç bir təsirə məruz qalmadan bu sətirləri yekunlaşdırır, əziz oxucular, sizi əmin edirik ki, biz də müstəqil respublikamızın çiçəklənməsi üçün öz dövlətimizə sədaqətimizi sübut edəcək, heç bir böhtana uymadan yuxarıda ifadə etdiyimiz arzuların həyata keçməsi üçün var qüvvəmizi sərf edəcəyik. Naxçıvan Dövlət Universitetindən: Hacıyev Faiq Nəbi oğlu bədən tərbiyəsi və idman fakültəsinin birinci kurs tələbəsi Abdullayev Cəsarət Ərrəman oğlu mühəndis-pedaqoji fakültəsinin birinci kurs tələbəsi Fərəcov Beytulla Niyazi oğlu tarix-filologiya fakültəsinin üçüncü kurs tələbəsi Mahmudov Bəhruz Seyfəli oğlu mühəndis-pedaqoji fakültəsinin birinci kurs tələbəsi Ələkbərov Nəsurulla Allahverdi oğlu fizika-riyaziyyat fakültəsinin dördüncü kurs tələbəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb