BMT Baş katibi Livanda təcili atəşkəsə çağırıb
Vaşinqton, 1 oktyabr, AZƏRTAC
BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənin eskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsə çağırıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir. Bildirilib ki, nəyin bahasına-olursa olsun Livanda genişmiqyaslı müharibədən çəkinmək lazımdır. S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın Baş naziri Nacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemi ölkə daxilində kömək etmək üçün səfərbər edilib.
“Baş katib təmasları davam etdirəcək və onun ərazidəki nümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davam etdirəcəklər”,- deyə bəyanatda bildirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]