DÜNYA
BMT İRAQDA QAÇQINLARLA BAĞLI PROBLEMLƏRİN HƏLL OLUNMADIĞINI BİLDİRMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). BMT-nin qaçqınların işləri üzrə agentliyinin (UNHCR) rəhbəri Antonio Quterres Suriyaya səfəri zamanı bildirmişdir ki, son üç ildə 50 mindən çox iraqlı bir sıra ölkələrə, əsasən də ABŞ-a köçürülmüşdür.
BMT-nin məlumatlarına görə, hazırda Suriya, İordaniya, Livan, Misir və Türkiyədə İraqdan olan təxminən 1,8 milyon qaçqın yaşayır.
Ötən il dünyada 15,2 milyon qaçqın qeydə alınmışdır. Bu qədər adamdan cəmi 251 mini evinə qayıda bilmişdir. Bir vaxtlar isə hər il ən azı 1 milyon qaçqın vətəninə qayıtmaq imkanı əldə edə bilirdi.
Somali, Əfqanıstan, Pakistan və Konqoda olan münaqişələr qaçqınların qayıtmasına maneçilik törədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]