Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BMT-nin Baş katibi Antonio Quterreşdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, biz bu çətin vaxtlarda hər bir ölkənin dünyada insanların sağlamlığına verdiyi əhəmiyyətli töhfələri bir daha xatırlayırıq. COVID-19 pandemiyasına qalib gəlməyimiz üçün birgə işlədiyimiz bir vaxtda biz daha davamlı, dayanıqlı və ədalətli cəmiyyətlərin qurulması üçün hərtərəfli bərpa işlərini düzgün həyata keçirməliyik. Biz iqlim dəyişikliyi məsələsi ilə bağlı cəsarətli addımlar atmalı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.

Sizin Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi, hamı üçün daha gözəl və dinc bir dünyanın qurulması istiqamətində ölkənizin dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Antonio Quterreş

BMT-nin Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin