BMT-nin Baş katibi Misirə səfər edib
Bakı, 20 oktyabr, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinə gəlib.
AZƏRTAC Qahirə telekanalına istinadla xəbər verir ki, Antonio Quterreş Əl-Ariş şəhərindən “Rafah” nəzarət-buraxılış məntəqəsinə yollanacaq. O, fələstinli sakinlərə humanitar yardım aparan ilk yük avtomobillərinin sərhədi keçməsinə şəxsən nəzarət etmək niyyətindədir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]