RƏSMİ XRONİKA
BMT-nin baş katibi Pan Gi Mundan
Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.
Hər bir ölkə öz mədəniyyətini, tarixini və nailiyyətlərini bayram edərkən qarşılıqlı asılılığı artan dünyamızda bizi bir-birimizə bağlayan əlaqələri dərk etmək vacibdir. Böyüklüyündən, kiçikliyindən, yaxud sərvətlərindən asılı olmayaraq, xalqlarımızın və planetimizin daha yaxşı sabahı naminə çalışmaqda bütün üzv dövlətlərin çox vacib rolu vardır.
Birləşmiş Millətlər Təşkilatı daha təhlükəsiz və sabit gələcək yaratmaq üçün əsas arenadır. Biz son illərdə çox şeyə, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə dəstək üçün qlobal səfərbərliyə nail olmuşuq. 2015-ci ilədək hələ çox iş görülməlidir. 2015-ci il gündəliyindən sonra da yeni davamlı inkişaf məqsədlərinə nail olmaq üçün görüləsi çox iş olacaqdır.
Hamı üçün sülh, inkişaf və insan hüquqları kimi ümumi məqsədlərimiz naminə ölkənizin BMT-nin işində fəal iştirakı çox vacibdir.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Pan Gi Mun
BMT-nin baş katibi