BMT-NİN BAŞ KATİBİ QUANTANAMO HƏBSXANASINI BAĞLAMAĞA ÇAĞIRIR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Kofi Annan Birləşmiş Ştatları terror fəaliyyətində şübhəli bilinən şəxslər üçün Amerikanın Quantanamo (Kuba) hərbi bazasındakı həbsxananı qısa müddətdə bağlamağa çağırmışdır. Bununla da o, BMT İnsan Hüquqları Komissiyasının müstəqil ekspertlərini dəstəkləmişdir. Fevralın 16-da Cenevrədə yayılmış məruzədə ekspertlər bu həbsxanada saxlanılan adamlarla amansız rəftar olunduğuna dair sübutlar gətirmiş və onları dərhal müstəqil ədalət mühakiməsi orqanlarına verməyi, yaxud azadlığa buraxmağı tələb etmişlər.
Məruzədə deyilir ki, Quantanamo bazasında terror fəaliyyətində şübhəli bilinən 490-dək adam saxlanılır. Əksəriyyəti dörd ildən çoxdur buradadır və yazışmaq, ünsiyyət hüququndan məhrumdur. Onlar işgəncələrə qarşı beynəlxalq Konvensiya ilə qadağan olunmuş üsullarla dindirilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]