BMT-NİN BAŞ KATİBİ ŞİMAL QÜTBÜNDƏ SƏFƏRDƏDİR
Bakı, 3 sentyabr (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun Şimal qütbündə səfərdədir.
BMT-nin Bakıdakı nümayəndəliyindən bildirmişlər ki, baş katib açıqlamasında Arktik buzlaqların insanların ümumi təbii ehtiyatı olduğunu vurğulamışdır. Pan Gi Mun demişdir ki, biz onları qorumaq naminə əlimizdən gələni etməliyik. Arktikada iqlim dəyişikliyi dünyanın digər hissələrində olduğundan daha sürətli baş verir. İqlim dəyişikliklərinin Arktikaya nə dərəcədə təsir etdiyini öz gözlərimlə müşahidə etmək üçün mən bura gəlmişəm.
Baş katib bütün dünya ictimaiyyətini, xüsusən ölkə liderlərini Yer kürəsini qorumaq, gələcək nəsillərə əlverişli ətraf mühit ötürmək üçün dərhal fəaliyyətə keçməyə çağırmışdır.
Ekspertlər buzlaqların əriməsi ilə bağlı aparılan araşdırmaların nəticələrini də açıqlamışlar. Şimal qütbündəki buz örtüyü alimlərin ehtimal etdiklərindən daha tez əriyir. Bu isə öz növbəsində havanın və suyun temperaturunun yüksəlməsinə səbəb olur. Araşdırmalardan məlum olmuşdur ki, 2050-ci ilədək yay fəsillərində buzlaqlar tamamilə əriyə bilər. Buz örtüyünün əriməsi isə nisbətən tünd rəngli suların günəş şüalarını özündə saxlaması ilə nəticələnir. Bu da iqlim dəyişikliyini daha da sürətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Qazaxda V İdman Festivalına start verilib
- 17.11.2026 [20:47]
Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
- 17.11.2026 [20:32]