BMT-NİN BAŞ KATİBİ TƏƏCCÜBLƏNMİŞDİR
Annan vurğulamışdır ki, öz fikrini azad ifadə etmək hüququna tərəfdardır və karikaturalara belə qızğın reaksiya yolverilməzdir. Onun sözlərinə görə, karikaturaların mətbuat səhifələrinə çıxarılmasına qarşı zorakılıq dalğasının qızışdırılması arxasında, ABŞ-ın dövlət katibi Kondoliza Raysın bəyan etdiyi kimi, İran və Suriyanın durduğu barədə onda heç bir sübut yoxdur. Baş katib həmçinin bildirmişdir ki, söz azadlığı həm də məsuliyyət deməkdir, yeni dərclər isə ehtirasları daha da qızışdırır. Annan demişdir: “Sözün düzü, başa düşə bilmirəm ki, nə üçün qəzetlər bu karikaturaları hələ də dərc etməkdədir. Bu, hörmətsizlikdir, davakarlıqdır, fitnəkarlıqdır. Gördüyünüz kimi, bütün dünyada nələr baş verir”.
Annan demişdir: “Zənnimcə, bunu da etiraf etmək lazımdır ki, bütün dünyada ən əsas qəzetlərin əksəriyyəti, bir çox məsul redaktorlar bu karikaturaları dərc etmədilər. Odur ki, biz bütün KİV-ləri və mətbuatı qınamaq üçün azlığın davranışından istifadə etməməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]