Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BMT-NİN BAŞ KATİBİNƏ BMT-NİN BAŞ MƏCLİSİNİN 2200 A (III) NÖMRƏLİ 1966-CI İL TARİXLİ QƏTNAMƏSİ İLƏ QƏBUL EDİLMİŞ İQTİSADİ, SOSİAL VƏ MƏDƏNİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKT ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN İKİNCİ DÖVRİ MƏRUZƏSİNİN HAZIRLANMASI VƏ TƏQDİM OLUNMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

BMT-nin Baş katibinə BMT-nin Baş Məclisinin 2200 A (III) nömrəli 1966-cı il tarixli Qətnaməsi ilə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakt üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci dövri məruzəsinin hazırlanması və təqdim olunmasını təmin etmək məqsədi ilə qərara alıram: 

1. BMT-nin Baş katibinə BMT-nin Baş Məclisinin 2200 A (III) nömrəli 1966-cı il tarixli Qətnaməsi ilə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakt üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci dövri məruzəsinin hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu yaradılsın.

İŞÇİ QRUPUNUN RƏHBƏRİ:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin

müavini

İŞÇİ QRUPUNUN ÜZVLƏRİ:

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin

müavini

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət

nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə

nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin

müavini

İntiqam Bahayev - Azərbaycan Respublikası gənclər, idman və

turizm nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər

nazirinin müavini

Tahir Budaqov - Azərbaycan Respublikası əmək və əhalinin

sosial müdafiəsi nazirinin müavini

Ağadadaş Məmmədov- Azərbaycan Respublikası Dövlət Statistika

Komitəsi sədrinin müavini

Rafiq Süleymanov - Azərbaycan Respublikası Dövlət Torpaq və

Xəritəçəkmə Komitəsi sədrinin müavini

Kamran İmanov - Müəllif Hüquqları Agentliyinin sədri

Ülvi Seyidzadə - Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin İnvestisiya və Beynəlxalq

İqtisadi Əməkdaşlıq Departamentinin

direktoru

Xaqani Rzayev - Azərbaycan Respublikası Maliyyə

Nazirliyinin sosial sahələrin maliyyəsi Baş

İdarəsinin rəisi

2. İşçi qrupuna tapşırılsın ki, dörd ay müddətində bu Sərəncamın 1-ci bəndində göstərilən məruzənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən məruzə hazırlanıb baxıldıqdan sonra onun BMT-nin Baş katibinə göndərilməsini təmin etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin