BMT-nin nümayəndəsinə Azərbaycanın mina problemi barədə məlumat verilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Layihə Xidmətləri İdarəsinin Avstriya üzrə Çoxölkəli Nümayəndəliyinin direktoru Simonetta Siliqato ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə qonağa ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.
Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində birgə icrası planlaşdırılan layihələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.