Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində baş tutan 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Azərbaycan Hökuməti adından, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı təqdim etməkdən məmnunluq duyduğunu bildirib.

Hesabatın müvafiq nazirlik və komitələr tərəfindən verilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən hazırlandığını qeyd edən Bahar Muradova, eyni zamanda, qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb.

Ötən dövr ərzində ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən komitə sədri gender stereotiplərinin aradan qaldırılması istiqamətində də maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirilib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə artıq iki dəfə illik hesabat təqdim olunub.

Bahar Muradova həssas təbəqədən olan və çətin həyat şəraitində yaşayan qadınlara məşğulluq və özünüməşğulluq üzrə dəstək xidmətləri göstərildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkədə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələr çərçivəsində regionlarda yaradılmış 3 İcma Resurs, 15 Qadın Resurs Mərkəzi Hazırda ümumilikdə Qadın Resurs Mərkəzinin 2799 nəfər üzvü vardır. Bu günədək həmin mərkəzlərdən faydalanan qadınların sayı 8 mindən çox olmuşdur.

2020-ci ildə qlobal pandemiyanın davam etdiyi bir zamanda Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən danışan sədr 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə bitməsini vurğulayıb. Qeyd edilib ki, Ermənistanın son hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş (101 qadın, 50 uşaq) yaralanmış, ümumilikdə 12 min 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Hazırkı dövrdə sülhün saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Azərbaycan üçün mütləq prioritet məsələ olduğunu bildirən komitə sədri xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsinə çəkib. O bildirib ki, ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlənməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası üçün xüsusi əhəmiyyətə malikdir.

B.Muradova postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərildiyini diqqətə çatdırıb. Deyib ki, Azərbaycan hökuməti, o cümlədən vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatların birgə layihəsi çərçivəsində müharibədən zərərçəkmiş insanlarla iş aparıldığını, onların psixososial vəziyyətinin yaxşılaşdırılması və hüquqi dəstək istiqamətində xidmətlər göstərilib.

Qeyd edilib ki, adıçəkilənlərlə yanaşı, Azərbaycan Hökuməti qadınların ədliyyə sisteminə çıxışının yaxşılaşdırılması, sosial və ictimai həyatda bərabər iştirakı, onlara yüksəkkeyfiyyətli təhsil xidmətlərinin göstərilməsi, sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının artırılması və müvafiq dəstək mexanizmlərinin yaradılması, İKT sahəsində biliklərinin artırılması, texnologiyalardan geniş istifadəsi, qadınların məşğulluq imkanlarının artırılması və onların əmək bazarında iştirakı üçün şəraitin yaradılması istiqamətində mühüm fəaliyyətlər həyata keçirməkdədir.

Görülən işlər və əldə edilmiş müsbət nəticələrlə bərabər, mövcud olan bir sıra problemlərə diqqət çəkən B.Muradova mənfi gender stereotipləri, erkən yaşda evlilik, selektiv abort kimi gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amilləri nəzərə çatdırıb. Qeyd edib ki, Beynəlxalq təşkilatların dəstəyi ilə stereotiplərlə mübarizə, bərabər imkanların təmin edilməsi, gender mədəniyyətinin təbliği, gender siyasətinin həyata keçirilməsində beynəlxalq təcrübədən fəal şəkildə istifadə edilir, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə üzrə layihələr həyata keçirilir.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkənin beynəlxalq sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Çünki hər kəs üçün bərabər iştirak və imkanların yaradılması daha yaxşı inkişaf üçün əsas meyarlardandır.

O, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin təqdim edəcəyi tövsiyələrin Konvensiyanın daha da effektiv həyata keçirilməsinə, həmçinin mövcud boşluqların və problemlərin aradan qaldırılmasına töhfə verəcəyinə inamını ifadə edib.

Çıxışının sonunda Hökumət adından Azərbaycan Respublikasının CEDAW Komitəsi ilə səmərəli əməkdaşlığa və açıq dialoqa hazır olduğunu qeyd edilib.

Daha sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb