BMT: Somalidə aclıq böhranı kritik həddə çatıb
Qahirə, 8 may, AZƏRTAC
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Somalidə kəskin ərzaq çatışmazlığı və aclıq böhranının ağırlaşdığı barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, təşkilat əlavə maliyyə vəsaiti ayrılmayacağı təqdirdə iyul ayından etibarən humanitar yardım proqramlarını dayandırmaq məcburiyyətində qala biləcəyini bildirib.
Bildirilir ki, yağıntının az olması nəticəsində kənd təsərrüfatına və heyvandarlığa ciddi ziyan dəyib. Davam edən münaqişələr, təhlükəsizlik problemləri, xarici yardımların azalması və regiondakı müharibələrin yaratdığı iqtisadi təsirlər Somalidə milyonlarla insanı ağır aclıq təhlükəsi ilə üz-üzə qoyub.
Qeyd olunur ki, Somali əhalisinin təxminən üçdəbirini təşkil edən 6 milyon nəfər kəskin aclıq şəraitində yaşayır. Bundan əlavə, 1,9 milyon uşaq xroniki qida çatışmazlığından əziyyət çəkir.
Təşkilatın proqram əməliyyatları üzrə icraçı direktorunun müavini Metyu Hollinqvort Cenevrədə açıqlamasında vurğulayıb ki, Somali dünyada qida çatışmazlığının ən geniş yayıldığı bölgələrdən biridir. O qeyd edib ki, ölkədə aclıq səviyyəsi kritik həddə çatıb və vəziyyət son dərəcə ağır olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]