Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bölgələrdə Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Bakı, 23 iyun, AZƏRTAC 

Hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət qulluqçularının peşə bayramı bölgələrdə, o cümlədən Qobustan rayonunda da geniş qeyd olunub.

Qobustan rayonunda 131 nəfər dövlət qulluqçusu çalışır. Onların 25 nəfəri qadındır. Dövlət qulluqçuları sırasında gənclərin sayı üstünlük təşkil edir.

Bu barədə Qobustanda Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbirdə məlumat verilib.

Tədbirdən əvvəl rayonda çalışan dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyublar.

Sonra tədbir icra hakimiyyətinin akt zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov dövlət qulluqçularını təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

İcra hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd ediblər.

Sonda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

X X X

23 İyun - Dövlət qulluqçularının peşə bayramı Kürdəmirdə də təntənəli surətdə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan C.Cəfərov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.

Qeyd olunub ki, hazırda rayonda müxtəlif sahələrdə 224 dövlət qulluqçusu işləyir. Onlar vəzifə borclarını layiqincə yerinə yetirir, rayonun sosial-iqtisadi inkişafında əllərindən gələni əsirgəmirlər.

Tədbirin sonunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

X X X

Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq şərəfli, həm də çətin və məsuliyyətlidir. Həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanlar böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

AZƏRTAC xəbər verir ki, bu fikir İsmayıllıda Dövlət qulluqçularının peşə bayramı gününə həsr edilən mərasimdə səsləndirilib.

İyunun 23-də 280 nəfərə yaxın dövlət qulluqçusunun iştirak etdiyi bayram tədbiri ümummilli lider Heydər Əliyevin abidəsi önündə dahi rəhbərin xatirəsinin anılması ilə başlayıb. Rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram münasibətilə dövlət qulluqçularını təbrik edib.

Çıxışlarda dövlət qulluqçularının xalqın xidmətçisi olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, dövlət qulluqçusu başqaları üçün nümunə olmalı, Vətən, məslək uğrunda məsuliyyətini dərindən dərk etməlidir.

Tədbirdə bir qrup fəal dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

X X X

Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. Dövlətin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə iyunun 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Yığıncaqda ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirildiyini diqqətə çatdırıblar.

Bildirilib ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad bərqərar olur. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişafına xidmət edir.

Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

X X X

Tərtər rayonunda 262 dövlət qulluqçusu fəaliyyət göstərir. Onlardan 34 nəfəri qadınlardır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi var. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə iyunun 23-də Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən yığıncaqda bəhs edilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan natiq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü elan olunub. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Məlumat verilib ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə rayon icra hakimiyyəti başçısının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlqar Musayev “Tərəqqi” medalı ilə təltif olunub.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr, Qarabağ Regional Bilik Evi tərəfindən kitablar təqdim edilib.

X X X

İyunun 23-də Zərdab rayonunda Dövlət qulluqçularının peşə bayramı təntənəli surətdə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları səhər saatlarında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Bayram münasibətilə təşkil olunan toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, Prezidentin 2017-ci il 21 iyun tarixli Sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Rafiq Əhməd oğlu Məmmədovun “Tərəqqi” medalı ilə təltif olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan ümummilli lider Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda, milli-mənəvi dəyərlərə də əsaslanıb. Hazırda Prezident İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir.

Bildirilib ki, rayonda müxtəlif sahələrdə 191 nəfər dövlət qulluqçusu çalışır. Onlar bölgənin sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini verirlər.

Sonda bir qrup fəal dövlət qulluqçusuna qiymətli hədiyyələr təqdim edilib.

X X X

Bu gün Ucarda müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları bölgənin ictimai-mədəni, sosial-iqtisadi həyatında mühüm qüvvə olmaqla rayonun, nəticə etibarı ilə ölkəmizin tərəqqisi naminə var qüvvələrini sərf edirlər. Təsadüfi deyil ki, ötən illərdə rayondan 8 nəfər, bu il isə daha 1 dövlət qulluqçusu Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, iyunun 23-də Dövlət qulluqçularının peşə bayramı münasibətilə rayon icra hakimiyyətinin iclas zalında keçirilən tədbirdə bu barədə ətraflı danışılıb.

Çıxış edən dövlət qulluqçuları Vaqif Mehdiyev, Əbil Mehtiyev, Nurməmməd Tağıyev və Asif Şirinov bayram münasibətilə təbriklərini çatdırıb, bu şərəfli vəzifəni daim uca tutacaqlarını bildiriblər.

Sonda bir qrup fəal dövlət qulluqçusu rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

X X X

Dövlət qulluqçularının peşə bayramı Lənkəranda da təntənə ilə qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır, Vətənə, cəmiyyətə layiqincə xidmət edirlər.

Lənkəranda çalışan dövlət qulluqçularının rayonun ictimai-sosial həyatında böyük rol oynadıqlarını vurğulayan T.Qaraşov ölkəmizdə dövlət qulluqçularının hazırlanmasına, təhsilinə, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm qayğı göstərildiyini, işdə fərqlənən kadrların əməyinə yüksək qiymət verildiyini diqqətə çatdırıb.

O, Lənkəran rayonunun Şiləvar kənd inzibati ərazi üzrə nümayəndəsi Afət Əkbərovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu vurğulayıb və buna görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın dövlət qulluqçularının peşə bayramı ilə bağlı məruzəsi dinlənilib.

Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna fəxri fərmanlar verilib.

X X X

Masallı Rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərə böyük hörmət ehtiramlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət qulluqçularını təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərdə, xüsusən yeni Konstitusiyanın qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl islahatlar keçirilib, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda qanun və fərmanlar qəbul edilib, ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğu bildirilib.

Masallı Rayon Məhkəməsinin sədri Hilal Xəlilov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, rayon maliyyə idarəsinin rəis müavini Firəngiz Həsənova, dövlət qulluğu veteranı Hüseyn Əliyev, Masallı “ASAN Xidmət” Mərkəzinin uçot sektorunun müdiri Zahir Əliyev, rayon icra hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov çıxışlarında qeyd ediblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.

Tədbirin sonunda rayonda dövlət qulluğunda çalışanların bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.

X X X

Lerik Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən tədbirdə dövlət qulluqçularının rayonun ictimai-siyasi, sosial və mədəni həyatındakı fəaliyyəti yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasının təmin edilməsi, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir vətəndaşımızda qürur hissi yaradır.

Diqqətə çatdırılıb ki, bu il bayram ərəfəsində rayon icra hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bu, rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin dövlət qulluqçularının peşə bayramı ilə bağlı məruzəsi dinlənilib.

Milli Məclisin deputatı İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıblar.

Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib