Azərbaycan Dövlət İnformasiya Agentliyi

BOLİVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QONSALO SANÇES DE LOSADAYA

Hörmətli cənab Prezident,

Boliviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin