DÜNYA
Bolqarıstan "ən güclü" pasport reytinqində 10-cu yerdədir
Sofiya, 8 oktyabr, AZƏRTAC
Bolqarıstan pasportu “Arton Capital” şirkətinin 2021-ci il üçün tərtib etdiyi "ən güclü" pasportlar siyahısında 10-cu yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, 193 ölkənin və altı ərazinin pasportlarını əhatə edən reytinq, vətəndaşların vizasız daxil ola biləcəyi ölkələrin sayı əsasında tərtib edilib.
Şirkətdən verilən məlumata görə, Bolqarıstan pasportu ilə 97 ölkəyə vizasız daxil olmaq mümkündür.
Reytinqdə birinci yeri 98 ölkəyə vizasız girə biləcəyiniz pasportla Birləşmiş Ərəb Əmirlikləri tutur. İkinci yerdə Yeni Zelandiya, Almaniya, Finlandiya, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, İsveçrə, Avstraliya və Cənubi Koreya gəlir.
Siyahıda sonuncu yerdə Əfqanıstan pasportu tutur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya