“BORİSPOL” HAVA LİMANINDA QARŞILANMA
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş “Borispol” beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısını Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Leonid Kojara, xarici işlər nazirinin müavini İqor Dalqov, digər rəsmi şəxslər ölkəmizin Kiyevdəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri böyük hörmətlə qarşıladılar.
Milli geyimli qızlar adət-ənənəyə uyğun olaraq, Prezident İlham Əliyevə duz-çörək təqdim etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından Kiyevdə onun üçün ayrılmış iqamətgaha yola düşdü.