BORİSPOL HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Ukraynaya rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Borispol hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək təqdim etdilər.
Dövlətimizin başçısını Ukraynanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######
