Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük alimin Qarabağ dərdi

Böyük alimin Qarabağ dərdi

Bakı, 27 noyabr, AZƏRTAC

Əziz bildiyim insanları nə vaxtsa unutmağım və yaxud yaddan çıxarmağım qeyri-mümkündür. Azərbaycanın düçar olduğu üzücü döyüşlər, apardığı müharibə, dünyanı cənginə alan epidemiya belə insanın qəlbində olanları, az da olsa, unutdura bilmir. Əksinə, ürəyində özünə əbədi yurd salmış düşüncələrinlə bağlı müəyyən hadisə, yeniliklə bağlı xəbər eşitdikdə isə qəlbində lövbər salmış düşüncələr yenidən təzələnir və günün yeni xəbərinə çevrilir.

Getdikcə hava işıqlanır, narahatlıq səngiyir, mühit sakit erasına qayıdır. Yenidən qış da gələcək, ancaq bir zaman işığına milyonların üz tutduğu, əsərləri milyonların istinad nöqtəsi olan görkəmli şəxsiyyətlərlə biz bir daha həyatda rastlaşa bilməyəcəyik. Lakin onların yazıb-yaratdıqları daim bizim köməyimizə çatacaq və sakit axıb gedən şəffaf bulaq suyu kimi onunla qidalanacağıq.

Belə dahi şəxsiyyətlərdən biri də (dəqiq desək, birincilərdən biri) noyabrın 27-də əbədiyyətə qovuşmasının beş ili tamam olan görkəmli türkoloq alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

Bu fikirlər filologiya elmləri doktoru Sərdar Zeynalın “Böyük alimin Qarabağ dərdi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Yaşasaydı bu il may ayının birində 84 yaşı tamam olacaqdı. Yaşasaydı bu gün dünyaya göz açdığı doğma torpağının - Cəbrayılın erməni işğalından azad olunması xəbərini eşidib bütün intizarına, yurd həsrətinə son qoyulacaqdı. Ancaq çox təəssüf….

Vətən sevgisi, yurda, torpağa bağlılıq bütün normal insanlarda olub, var və olacaqdır.

Ancaq elə insanlar var ki, onların yurd sevgisini, torpağa, onun insanlarına olan tükənməz məhəbbətini sözlə ifadə etmək qeyri-mümkündür.

Bu sevgi kimin hansı sahədə çalışması, hansı sənətlə məşğul olması ilə bağlı olan məsələ deyil. Bu sevgi insanın cisminə ana südü, yaşadığı torpağın havası, suyu və s. ilə daxil olmuş, heç bir cihazla ölçülə bilməyən xariqüladə bir mənəvi sərvətdir. Və bu sadaladıqlarımın hamısı akademik Tofiq Hacıyevin şəxsiyyətində bütün qabarıqlığı ilə öz əksini tapmışdı.

Akademikin yurda, torpağa, gözümüzün nuru Qarabağa, üzük qaşı sayılan Şuşaya olan sevgisi onu yaxından tanıyanların söylədikləri xatirələrdə daha qabarıq şəkildə özünü göstərir. “Qarabağ həsrətli Tofiq müəllim” başlıqlı bir məqalədə Rəhilə Quliyeva (“Türklük bilimində bir ömür”, Ankara, 2016) yazır: “Tofiq müəllim həmişə şən, gülərüz görünürdü, çöhrəsi nurani idi. Lakin o üzüntülər içərisində gülümsəməyi bacaran böyük insan idi. Onun qəlbində dağ boyda həsrət, gözlərində dərin bir kədər var idi. Nə idi bu həsrət, bu üzüntü, bu kədər?! Bu həsrət - Qarabağ həsrəti …idi.”

Müəllif bunun ardınca Tofiq müəllimin Qarabağ torpağına, qədim Şuşaya sevgi və bağlılığının ölçüyəgəlməz olduğunu göstərmək üçün faktlara əsaslanaraq yazısına davam edir:

“Qarabağdan - Şuşadan söhbət düşəndə Tofiq müəllim göz yaşlarına hakim kəsilə bilmirdi. O, Cəbrayılda doğulsa da, Şuşasız yaşaya bilmirdi, hər il ailəsi ilə birlikdə Şuşaya gələr, orada həm istirahət edər, həm də yaradıcılıqla məşğul olardı… Ölümündən bir neçə ay əvvəl kafedrada bir nəfərin dissertasiya işinin müzakirəsi keçirilirdi. Müzakirədən sonra... söhbət yenə də həmişəki kimi Qarabağdan, erməni faşistlərinin mənfur əməllərindən və Qarabağın “tacı”, “cənnət məkanı” Şuşadan düşdü. Tofiq müəllim qəhərlənsə də, Şuşanın gözəlliyindən …xarı bülbülündən…elə danışırdı ki, hamı əfsunlanmışdı”.

Sonra müəllif akademik Tofiq Hacıyevin Qarabağ, Şuşa haqqında söylədikləri fikirlərə geniş yer verir və göstərir ki, akademik hələ o zamanlar inanırdı ki, çox çəkməyəcək, Qarabağ düşmən tapdağından azad olunacaq, onun nəvə və nəticələri bu yerlərə üz tutub onun saf havasının, gözəl mənzərələrinin qonağı olacaq. Akademikin bu arzularını qələmə alan müəllif yazısına davam edərək yazır: “O torpaqlarımızın alınacağına, bu həsrətə son qoyulacağına əmin idi. Hər rastlaşanda mənə təskinlik verər və deyərdi ki, darıxma, yenə də Şuşanın təmiz, saf havasını ciyərlərimizə çəkəcək, bütün ağrı, həsrətlərə son qoyacağıq”.

Doğrudan da, görkəmli şəxsiyyətin Şuşa - Qarabağ ilə bağlı söylədikləri bu gün öz təsdiqini tapdı. Təəssüf ki, akademik bu günlərin canlı şahidi ola bilmədi.

Müəllif Tofiq Hacıyev haqqında olan məqaləsində daha çox onun itirilmiş torpaqlardan söhbət gedərkən keçirdiyi həyəcan və əzabların mimikasındakı əksindən danışır. Düşmən tapdağında olan Qarabağdan bəhs olunduqda daha çox susmağa üstünlük verən insanın daxilində baş qaldıran kinin, nifrətin, torpaqları düşməndən təkbaşına ala bilməyən və bu “gücsüzlüyünü” özünə bağışlaya bilməyən, torpaq, yurd həsrəti ilə alışıb-yanan bir insanın içindəki təlatümün onun simasında yaratdığı gərginlik və iztirabdan danışılır.

Məqalə, demək olar ki, yurdundan, Vətənindən didərgin düşən, onu geri qaytarmağa gücü çatmayan bir insanın üzündə, duruşunda və danışığında öz əksini tapan yaşadığı hisslərin təsvirindən ibarətdir.

Akademik Tofiq Hacıyev professor Kamran İmanovun erməni vəhşiliyi və saxtakarlığından bəhs edən “Erməni(yad) el(li) nağılları” kitabı haqqında yazdığı “Gerçəklə nağılın dialoqu” (“Ədəbiyyat qəzeti” 16 yanvar 2015-ci il) məqaləsində əsərin məziyyətlərindən danışarkən, bədnam qonşuların Azərbaycan vətəndaşlarına - Azərbaycan türklərinə bəslədikləri nifrətin necə də sonsuz olduğunu görüb, onu hər an duyan və bu hadisələrin şahidi olan bir insan kimi danışır. Kamran İmanovun əsərinin məziyyətlərindən danışarkən, orada öz əksini tapan və erməni saxtakarlığını ifşa edən detalların dəqiqliyini təsdiq edir və xalqımızın özünə, ədəbiyyatına, mətbəxinə və ümumiyyətlə, bu xalqın özünə düşmən kəsilmiş bu çörəkitirənlərin nankorluqlarını vurğulayır.

Məqalə müəllifi ermənilərin Azərbaycana qarşı yersiz iddia və hücumlarını faktlara əsaslanaraq, diqqət mərkəzinə gətirir. Ermənilərin Azərbaycan nağıllarından başlayaraq yurdlarını, kənd və şəhərlərini özününküləşdirməyə çalışdıqlarını əsaslarla sübut edir. Akademik bununla bağlı yazır: “Ermənilərin türklərə qarşı böhtanları, qarayaxmaları haqqında az yazılmayıb. Ermənini görənlər tezliklə onların mənəvi varlığına (əslində yoxluğuna) nüfuz edə biliblər. Biliblər ki, ermənilərin bu xasiyyəti sadəcə çirkin mənəviyyatsızlıq deyil, beyinlərində ancaq irtica virusları gəzdirmək xəstəliyidir. Hətta xəstəliyə o dərəcədə yoluxublar ki, fəxrlə özlərinə orijinal bir millət kimi “erməni xəstəliyi” deyilən bir marka da yapışdırıblar və deməli, bunlar xəstə olmaları ilə fəxr edirlər. Daha buna nə deyəsən. Deməli, doğrudan, bu millət xəstədir”.

XX əsrin əvvəllərində özlərinə qədim Azərbaycan torpaqlarının doqquz min kvadratkilometrində respublika qurub, bu gün onu iyirmi doqquz min kvadratkilometrə çatdıran və bununla da gözləri doymayan, Azərbaycanın Qarabağ torpaqlarını işğal edib özününküləşdirməyə çalışan bu mənfur millətin acgözlüyü və türklərin hesabına dirçəlib, sonradan onlara düşmən kəsilməsi haqqında antitürklərdən biri olan Şərq üzrə tanınmış tarixçi İ.Dyakonovun fikirlərini misal gətirir: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır”.

Tofiq müəllim kitabda İ.Dyakonovun bu fikrinə əsaslanan K.İmanovun “Daha kim qaldı ki, deməsin. İndi Ermənistan adı ilə tanınan ərazi erməni etnosunun vətəni deyil” fikrinə əsaslanaraq ermənilərin bu torpaqlara sonradan gəldiyini, onların qaraçılar kimi oturaq həyat keçirmədiklərini, həmişə gəzərti olduqlarını vurğulayaraq bununla bağlı kitab müəllifinin aşağıdakı fikrini nümunə gətirir: “Tarixən erməni didərgin bir əşirət olub, qaraçılar kimi köçəri camaat olub. Onlar hətta qaraçılarla da müqayisəyə gəlməzlər: qaraçılar özləri gəzəri olublar, ancaq erməniləri həmişə məskun olduqları dövlətlərin torpaqlarından qovublar, vətən sözü onlara yaraşmır”.

Akademik bu fikirləri K.İmanovun fikirlərinə əsaslanaraq yazır. Bu fikirlər torpağı 25 ildən artıq erməni əsarətində olan Vətən övladının vulkan kimi püskürən nifrətinin kükrəyən əks-sədasıdır. Həm kitab müəllifi, həm də bu kitab haqqında fikir söyləyən akademikin çörəkitirən, girəvə tapan kimi çörəyini yeyib, torpağında yaşadığı xalqa xain çıxan bir toplumun, üzdəniraq ermənilərin kimliyini göstərən kiçik bir detaldır.

Yazıda öz əksini tapan faktlardan məlum olur ki, ermənilər Azərbaycan türklərinin təkcə torpaqlarına göz dikməyiblər, onların qədim incəsənət, ədəbiyyat nümunələrini də özününküləşdirməyə çalışıblar. Azərbaycan mətbəxini, mədəniyyət nümunələrini öz adlarına çıxmaqla kifayətlənməyən ermənilər, şifahi xalq ədəbiyyatı nümunələrini də öz adlarına çıxmaqdan çəkinməyiblər.

Nankor ermənilər hər biri bir türk tayfasının adı ilə bağlı şifahi xalq şeiri janrı olan varsağını da öz adlarına çıxmağa çalışmışlar. Məqalədə göstərilir: “Gəraylının xüsusi forması olan varsağı varsaq qıpçaq tayfasının şeir yaradıcılığıdır, mahnı forması Azərbaycanın qədim Manna dövlətinin Mahan tayfasından gəlir.”

Bir ona heyfsilənirəm ki, Tofiq müəllim ermənilərin varsağı şeir formasını mənimsəmək istədiklərindən bəhs edərkən qeyd etməyib ki, əgər sizin zəngin şeir janrınız olsaydı, tərifini göylərə çıxardığınız, XVIII əsrdə yaşayıb yaradan aşığınız (qusanınız) (Akademik qusan sözünün də türk sözü olduğunu və qoşmaq sözündən düzəldiyini qeyd edir) Sayat Nova özündən sonra qoyub getdiyi, təqribən 220 şeirin 68-ni erməni, 34-nü gürcü, 120-ni isə Azərbaycan türkcəsində yazmazdı.

Akademik Tofiq Hacıyev məqalədə bu məsələ ilə bağlı yazır: “K.İmanovun istinad etdiyi alman səyyahı (Hakhauzen) XIX əsrin ortalarında yazırdı ki, Kiçik Asiya yarımadasında (Türkiyədə) toyları ən çox erməni aşıqları aparırlar. Deməli, erməni türkün şeir və musiqisi ilə özünə yaşayış təmin etməklə kifayətlənməyib, həm də onun yaradıcılığına sahib çıxır. Hətta görkəmli rus türkoloqu V.Qvardlevski 1920-ci illərdə ermənipərəst ermənişünaslara qarşı varsağı şeir formasının və həmin adla aşıq melodiyasının məhz türkə məxsus olması haqqında xüsusi məqalə yazmışdır.”

Məqalədə ermənilərin Molla Nəsrəddin lətifələrini də özününküləşdirməyə çalışdıqlarından söhbət açılır.

Akademik kitabda erməni dilinin müəyyən müddətdən sonra türk dilinin təsiri altına düşməsindən, illər keçdikcə türk sözlərindən daha çox istifadə etdiklərindən söhbət açır. Məqalədə yazılır: “Kitabda erməni dilinin tarixən türk dilinin təsirinə düşməsi də elmi əsaslarla verilir. Qədim erməni dili (qrabar) Hind-Avropa dil sistemi üzrə qurulduğu halda, yeni, aşxarabar ermənicəsinin sintaksisi tamamilə türkcənin təsiri ilə formalaşmışdır. Artıq bu, erməninin oğurluqla mənimsəməsi deyil, türkcənin gücü və Şərqdə ümumünsiyyət vasitəsi kimi fəaliyyət göstərməsinin nəticəsidir”.

Akademik Tofiq Hacıyev Qabilin 1996-cı ildə çap olunmuş “Hava necə olacaq…” kitabı haqqında yazdığı “Çadırlara alışmayın…” adlı məqaləsində də nəşrdəki şeirlərə əsaslanaraq Qarabağ, xalqın Qarabağın əsarətdə olan torpaqları ilə bağlı fikir və düşüncələrini ürəkağrısı ilə qələmə alıb. “Ədəbiyyat qəzeti”nin 1997-ci il 21 mart tarixli nömrəsində dərc olunmuş məqalənin adından da görünür ki, müəllif hələ torpaqlarımızın təzə işğal olunduğu vaxtlarda da qədim Oğuz yurdunun xalqımızın igid övladları tərəfindən azad ediləcəyinə inanıb. O yazıb: “Bu gün Qabil müstəqil dövlətinin itirilmiş torpağını qorumaq üçün xalqını səfərbərliyə çağıran döyüşçü şairdir. Keçid dövrünün burulğanlarında iqtisadi münasibətlərin yaratdığı çörək əndişəsində Qabil yenə şair sözünü deyir. Xalqını süstləşməyə qoymur. Qabil haray çəkir:

Barışqanlıq cinayətdir

Lap bir anlıq - cinayətdir,

Alışqanlıq cinayətdir,

Çadırlara alışmayın.

Şairin misraları sadəcə şeir deyil, Xocalı harayıdır. Şuşa naləsidir. Vətən sızıltısıdır. Bu bəndlər bayrağımıza yazılmalı, çadır şəhərciklərinin girəcəyində, ortasında, üstündə bərkidilməlidir.”

Akademik göstərir ki, Qabilin şeirinin bu bəndini oxuyanın torpaq dərdi, yurd dərdi sanki bir tufana çevrilib onun köhnəlməyən dərdlərini yenidən təzələyir. Ona görə də məqalə müəllifi “Çadırlara alışmayın” şüarının çadır şəhərciklərinin bir yerində vurulması ilə razılaşmır, həmin şüarı çadır şəhərciklərinin hər yerindən asmağa, insanları doğma yurda qayıtmağa tələsdirir.

Bu, təkcə şair istəyi deyil, bu istək həm də hər bir elm adamının - alimin, yurd itkisi ilə barışmayan, ona tez qovuşmağa çalışan bir Vətən sevdalısının könül hayqırtısıdır.

Şairin şeirlərini təhlil edən Tofiq Hacıyev misralara əsaslanaraq öz içindən keçən göynərtiləri, bəzilərinin bu torpaq itkisinə biganəliyini belə ifadə edir: “Restoranların qarşısından keçərkən düzülmüş maşınların səfində şair müharibə əhvalı görmür. Toylarda, mağarlarda, çal-çağırlarda müharibə havasını duymur”.

Bu fikirlər şairin şeirinə əsaslanan məqalə müəllifinin şahidi olduğu hadisə və qarşılaşdığı insan etinasızlığına, laqeydliyinə üsyanıdır. Torpaq həsrətini özünün baş dərdi sayan Azərbaycan ziyalısının yurduna, Vətəninə olan sevgisinin publisistik ifadəsidir.

Məqalənin sonunda akademik Tofiq Hacıyev Qabilin şeirlərinə əsaslanıb öz daxilində yaşatdığı fikirlərini də dilə gətirib yazır: “Şeirləri ilə Qabil bu günün tarixini yazır, tarixi-etnik psixologiyamızın bugünkü böhranını təhlil edir. Bircə o istək qalır ki, deyək, döyüşçülərimiz Qabilin şeirlərini, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” marşını oxuya-oxuya Qarabağ uğrunda döyüşə getsinlər!”

Mən də bu yazını oxuyandan sonra düşündüm ki, yerin behişt olsun, ustad, bu gün Müzəffər Ali Baş Komandanımız başda olmaqla qəhrəman ordumuz bizi, o cümlədən bütün Azərbaycan xalqını Sizin, eyni zamanda, şair Qabilin arzuladığı səadətə qovuşdurdu!

Kaş ki, bu Qələbə sevincimizi Sizinlə birgə yaşasaydıq! Təəssüf! Çox təəssüf... Ustad!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur