DÜNYA
Böyük Britaniyada Baş nazir postundan istefa verən Liz Trassı kimin əvəzləyəcəyi müzakirə olunur

London, 21 oktyabr, AZƏRTAC
Böyük Britaniyada Baş nazir postundan istefa verən Liz Trassı kimin əvəzləyəcəyi müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, keçmiş Baş nazir Boris Consonun, eks maliyyə naziri Rişi Sunakın ön plana çıxacağına dair ilkin əlamətlər var.
Yayın əvvəlində səs-küylə istefa verən Boris Consonun tərəfdarları onu geri qayıtmağa məcbur edirlər. Consondan başqa, keçən ay liderlik yarışında Trassa məğlub olan Rişi Sunak, Penni Mordauntdan başqa Ben Uolles, Maykl Qove, Tom Tugendhat, Ceyms Kleverli, Kemi Badenok və keçmiş daxili işlər naziri Suella Bravermanın liderlik yarışında iştirak edə biləcəyi düşünülür.
Karib adalarında tətildə olan Conson hələ ki, bu mövzuda açıqlama verməyib.
Qeyd edək ki, 45 gün Baş nazir vəzifəsini icra edən Liz Trass istefasını tələb edən millət vəkillərinin sayının artması səbindən vəzifəsindən istefa vermişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London