Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Böyük Britaniyanın Lordlar Palatasının yeddi üzvü professor Nərgiz Paşayeva ilə görüşüb VİDEO

London, 27 noyabr, AZƏRTAC

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva noyabrın 24-də Böyük Britaniyanın məşhur və nüfuzlu ilk ixtisaslaşmış Purcell musiqi məktəbinin (http://www.purcell-school.org) dəvəti ilə Londonun ən qədim (1339-cu il) binalarından biri olan Goldsmith’s Hall-da ənənəvi illik Qala-şam yeməyində iştirak edib.

Bu cür Qala-gecələr Böyük Britaniyanın musiqi dünyası üçün ən əhəmiyyətli hadisələrdən biri hesab olunur. Mərasim zamanı Purcell məktəbinin direktoru Ceyms Hardinq qonaqları salamlayaraq tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, qonaqlar qarşısında çıxış edərək Purcell məktəbinin şagirdlərini və onların çıxış proqramını təqdim edib.

Şam yeməyində Ser Saymon Rattl, Lordlar Palatasının üzvü Baronessa Varnok kimi Böyük Britaniyanın məşhur mədəniyyət xadimləri, həmçinin tanınmış professorlar və digərləri iştirak ediblər. Qeyd etmək lazımdır ki, Purcell məktəbinə Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz himayədarlıq edir.

Bundan əvvəl, bu ilin iyununda, professor Nərgiz Paşayeva Lord Germanla birlikdə Purcell məktəbini ziyarət edərək, məktəbin rəhbərliyi ilə görüşlər keçirib, buradakı tədris sistemi və məktəbin infrastrukturu ilə tanış olub. Səfər zamanı professor Nərgiz Paşayeva məktəb rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən Bülbül adına ixtisaslaşmış musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdi. Həmçinin dünyanın ən məşhur ixtisaslaşmış tədris müəssisəsi olan Purcell məktəbində iki azərbaycanlı məktəblinin təhsil almaları ilə bağlı müzakirələr də aparılmışdı.

Professor Nərgiz Paşayevanın bu təşəbbüsü Purcell məktəbinin rəhbərliyi tərəfindən müsbət qarşılanaraq dəstəklənib. Bunun nəticəsi olaraq, bu il noyabrın 23-də professor N.Paşayevanın dəvəti ilə Bülbül adına məktəbin direktoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev və məktəbin iki şagirdi - tarzən Atabəy İsmayılov və pianoçu Rəşid Behbudov Purcell məktəbini ziyarət ediblər. Həmin məktəb tərəfindən bakılı qonaqlar üçün həftəlik proqram hazırlanıb. Bu həftə ərzində onlar məktəbdə keçirilən dərslərdə iştirak edəcək, Britaniyanın musiqi təhsili sistemi ilə yaxından tanış olacaqlar. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German və təşkilatın digər üzvləri ilə yanaşı, professor Nərgiz Paşayevanı Qala-gecədə Bülbül adına musiqi məktəbindən gələn qonaqlar da müşayiət ediblər.

Qeyd etmək lazımdır ki, Bülbül adına ixtisaslaşmış musiqi məktəbi şagirdlərinin Purcell məktəbində çıxışı onların səfərinin ən maraqlı məqamlarından biri kimi qəbul oluna bilər.

Böyük Britaniyaya səfəri zamanı professor Nərgiz Paşayeva noyabrın 25-də Lordlar Palatasında onun şərəfinə təşkil olunan işgüzar naharda iştirak edib. Nahar Lord German, həmçinin Lordlar Palatasının digər 6 üzvü - Lord Berkli, Lord Klement-Cons, Lord Lipsey, Lord Rou-Beddou, Lord Aberdar və Lord Tomas Qrestfordskinin dəvəti ilə baş tutub.

Görüş Böyük Britaniya parlamentinin Lordlar Palatasının məşhur Holm zalında keçirilib. Tədbirdə iştirak edən Lordlar Palatasının üzvləri professor Nərgiz Paşayevanı səmimi salamladıqdan sonra mədəniyyət və maarifləndirici mövzularda fikir mübadiləsi aparıblar. Görüşdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin rəhbərliyi altında musiqi sahəsində və digər müştərək mədəni-humanitar layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Professor N.Paşayeva lordlara Azərbaycanın çoxşaxəli musiqi irsi haqqında söz açıb və Şərqdə ilk muğam-opera olan “Leyli və Məcnun”un məhz Azərbaycanda Üzeyir bəy Hacıbəyli tərəfindən yazıldığını vurğulayıb. Görüşdə o da qeyd olunub ki, Azərbaycanın musiqi mədəniyyəti özünün milli ənənəvi janrlarını çox gözəl inkişaf etdirməklə yanaşı, klassik Avropa musiqi irsinin bütün janrlarını da əhatə edə bilib. Bundan əlavə, professor N.Paşayeva ölkəmizi beynəlxalq səviyyədə təmsil edən caz ifaçıları məktəbinin yaranmasından da danışıb. O, həm də Üzeyir bəy Hacıbəyli tərəfindən yaradılan Konservatoriya və Bülbül adına musiqi məktəbinin tarixi əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Görüş zamanı professor N.Paşayevaya tarix, ədəbiyyat, həmçinin müasir tədrisin müxtəlif mövzulara yanaşma prinsiplərinə dair suallar ünvanlanıb. Qarşılıqlı maraqlı şəraitdə davam edən söhbət zamanı bir sıra mədəni-tarixi aspektlərə toxunularaq qeyd olunub ki, Qərbdə Azərbaycan haqqında məlumatların daha geniş yayılmasına ehtiyac var. O da bildirilib ki, bu məsələdə vətəndaş cəmiyyəti ilə ictimai təşkilatların təşəbbüsləri ən yaxşı vasitədir.

Naharda iştirak edən, Böyük Britaniyanın ən görkəmli bəstəkarlarından biri olan Lord Berkli professor Nərgiz Paşayeva ilə tanış olmağından məmnunluğunu ifadə edərək, növbəti görüşlərdə maraqlı olduğunu bildirib. Qeyd edək ki, Lord Berkli 1977-ci ildə öz musiqi əsərinə görə Ginnes üzrə qalib olub. Tanınmış musiqiçi olan Lord Berkli həm də BBC 3 radio kanalında musiqili layihələrin rəhbəridir.

Lord Klement-Cons Lordlar Palatasının mədəniyyət, media və idman üzrə Liberal partiyasının nümayəndəsidir. O da öz növbəsində mədəniyyət və təhsil ilə bağlı maraqlı məqamlara toxundu, öz təcrübəsindən danışdı, həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin göstərdiyi fəaliyyətin vacib olduğunu bildirdi.

“The Economist”, “Prospect”, “The Sunday Times”, “The Guardian” kimi dünya şöhrətli nəşrlərdə jurnalist karyerası ilə məşhurlaşan Lord Lipsey həm də Londonun İTV televiziyasının İdarəetmə Şurasının üzvüdür. O, professor N.Paşayevanın həmsədr olduğu Cəmiyyət tərəfindən aparılan işin önəmini vurğulayaraq Böyük Britaniyada Azərbaycan haqqında məlumatın az olduğunu etiraf edib.

Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur musiqili-teatr kral kollecinin prezidenti Lord Rou-Beddou isə professor N.Paşayevanı Uels paytaxtı Kardiffə dəvət edib. Dəvətə görə Lorda təşəkkürünü bildirən professor Nərgiz Paşayeva məmnuniyyətlə Uelsə səfər edəcəyinə söz verib.

“VALTZ” musiqi şirkətinin direktoru Lord Aberdar ölkədəki 92 qədim əsilli lordlardan biridir. Uels Milli Kitabxanasının himayədarlar Şurasının və Stefan Docson Xeyriyyə təşkilatının üzvü olan Lord Aberdar İngiltərə-Azərbaycan Cəmiyyətinin musiqi sahəsində apardığı işlərin onu çox yaxından maraqlandırdığını deyib. O, Bakıdan gələn möhtərəm qonağa Böyük Britaniyadakı musiqi təhsili sistemi haqqında danışıb.

“Britaniya İmperiyası” ordeninə layiq görülmüş, kral müşaviri titulunu daşıyan, Kembricin Piterhauz cəmiyyətinin sədri Lord Tomas Qrestfordski professor Nərgiz Paşayevanı salamlayaraq ona Böyük Britaniyada keçirilən musiqi festivalları haqqında məlumat verib. O, bundan sonra da dostluq və ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German da öz növbəsində qeyd edib ki, professor N.Paşayeva ilə birlikdə bu il üçün planlaşdırılan layihələrin hamısı uğurla həyata keçirilib və gələcək layihələrin perspektivləri şübhə doğurmur.

Yığıncaq iştirakçılarına, həmçinin Böyük Britaniyada Azərbaycanın bütün sahələrdə öyrənilməsi üzrə yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib.

Həm dəvətə, həm də Azərbaycana və özünə qarşı göstərilən maraq və diqqətə görə lordlara təşəkkürünü bildirən professor Nərgiz Paşayeva, ölkələrimiz arasında əlaqələrin inkişaf edəcəyindən və planlaşdırılan layihələrin uğurla həyata keçiriləcəyindən əminliyini bəyan edib.

Görüşün sonunda professor Nərgiz Paşayeva və Lord German Kraliçanın qəbul və geyimlər otağını ziyarət ediblər. Qeyd edək ki, Britaniya kraliçası hər il Parlamentin açılış iclasına hazırlaşarkən bu otağa baş çəkir. Otaqda Britaniya monarxlarının qiymətli portretləri, “Böyük Azadlıqlar Xartiyasının” (Magna Carta) surəti, vaxtilə kraliça Viktoriyaya və ondan sonrakı monarxlara məxsus olan və hazırda Kraliça II Yelizaveta tərəfindən istifadə olunan taxt yerləşir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Böyük Britaniyanın Lordlar Palatasının yeddi üzvü professor Nərgiz Paşayeva ilə görüşüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO