BÖYÜK QAYIDIŞIN BAŞLANĞICI
Heydər Əliyev səhərisi gün Şəhidlər xiyabanını ziyarət edir, ertəsi gün isə təyyarə ilə Naxçıvana gedir. Naxçıvan isə doğma oğlunu tamam başqa cür, gül-çiçəklə, qurban kəsməklə qarşılayır...
On dörd il əvvəlki həmin iyul günləri üç il sonra, 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının – dağılıb parçalanan, hərc-mərcliyin baş alıb getdiyi, torpaqları günbəgün işğal olunan, müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalan Azərbaycanı xilas edən Böyük Qayıdışın, Milli Qurtuluşun baslanğıcı idi. Bütün daxili və xarici çətinliklərə, təxribatlara, dövlət çevrilişi və sui-qəsd cəhdlərinə baxmayaraq, ictimai-siyasi sabitliyin bərqərar edildiyi və artıq əmin-amanlıq hökm sürən, intensiv iqtisadi inkişaf yoluna çıxan, dünya birliyində layiqli yerini tutan, Avropaya inteqrasiya edən, beynəlxalq və regional məsələlərdə öz sözü olan bugünkü müstəqil, hüquqi, dünyəvi, demokratik Azərbaycan dövlətinin qurulmasının başlanğıcı idi. Məhz buna görə də qədirbilən xalqımız da, bütün dünya da bilir və təsdiq edir ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. O Azərbaycan ki, onun müstəqilliyi əbədi və dönməzdir. O Azərbaycan ki, öz dahi oğlunun misilsiz xidmətlərini heç vaxt unutmayacaq, onun müqəddəs xatirəsini əbədi yaşadacaqdır.