Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

bp-AZƏRBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ BİLL ŞREYDER: “ƏSRİN MÜQAVİLƏSİ”NDƏ MÜƏYYƏN OLUNMUŞ BÜTÜN LAYİHƏLƏR VAXTINDA VƏ UĞURLA HƏYATA KEÇİRİLİR”

AZƏRTAC xəbər verir ki, mayın 29-da bp-Azərbaycan şirkətində 2007-ci ilin ilk rübünün nəticələrinə həsr olunmuş brifinq keçirilmişdir.

Şirkətin prezidenti Bill Şreyder və ayrı-ayrı layihələr üzrə vitse-prezidentlər görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üzrə birinci rübdə əməliyyat xərcləri üçün 79 milyon dollar, əsaslı xərclər üçün isə 614 milyon dollar xərclənmişdir. Bütün il üçün əməliyyat xərcləri üzrə 396 milyon dollar, əsaslı xərclər üzrə isə 2 milyard 579 milyon dollar vəsait xərclənməsi planlaşdırılır.

İlin ilk üç ayı ərzində Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri və Şərqi Azəri platformalarından ümumilikdə 61 milyon barrel (sutkada orta hesabla təxminən 678 min barrel) neft hasil edilmişdir. Hazırda gündəlik hasilat həcmi 700 min barreldən artıqdır. Bütün platformalardan ümumilikdə sutkada orta hesabla 708 min barrel neft hasil olunması planlaşdırılır ki, bunun da 141 min barrelinin Çıraqdan, 257 min barrelinin Mərkəzi Azəridən, 168 min barrelinin Qərbi Azəridən və 142 min barrelinin Şərqi Azəridən əldə olunması nəzərdə tutulur.

Qeyd edilmişdir ki, Çıraq platformasında hazırda 21, Mərkəzi Azəri platformasında 14 quyu, Qərbi Azəri platformasında 6 quyu, Şərqi Azəri yatağında 8 öncə qazma quyusu istismardadır. Qazma proqramı da uğurla yerinə yetirilir.

2007-ci il üçün nəzərdə tutulan plana uyğun olaraq, AÇG səmt qazının 1,4 milyard kubmetri ARDNŞ-ə təhvil verilməli idi. Lakin ilin əvvəllərində ABƏŞ ilə ARDNŞ arasında əldə olunmuş razılığa əsasən, 2007-ci il yanvarın 1-dən başlayaraq ARDNŞ-ə gündə 8,5 milyon kubmetr qaz təhvil verilir.

Diqqətə çatdırılmışdır ki, 2007-ci ilin birinci rübü ərzində AÇG yataqlarında hasil olunan bütün neft həcmlərinin Səngəçal terminalına bir ədəd 24 düymlük və iki ədəd 30 düymlük sualtı boru kəməri ilə nəql edilməsi davam etdirilmişdir. İndi terminalın nefti gündəlik texnoloji emal etmək gücü 800 min barreldir və cari ilin sonuna kimi AÇG Faza 3 qurğuları istismara verilməklə bu həcmin sutkada bir milyon barreldən yuxarı səviyyəyə çatdırılması planlaşdırılır.

Texniki təhlükəsizlik qaydalarına əməl olunması sahəsində də uğurlu nəticə əldə edilmişdir. Apreldə bu obyektdə aparılan əməliyyatlar çərçivəsində mühüm bir nailiyyət əldə edilmişdir - qəza nəticəsində bir iş günü belə itirilmədən 1300 gün tamam olmuşdur. Ötən üç il ərzində isə terminalda görülən işlər bir sıra nailiyyətlərlə yadda qalmışdır. Bu nailiyyətlərə Faza 1 və Faza 2 üzrə texnoloji emal qurğularının, BTC baş nasos stansiyasının, CQBK obyektlərinin, Şahdəniz qurğularının istismara verilməsi, işə salınması və birləşdirilməsi, həmçinin səhmdar olmayan şirkətlərə məxsus boru kəmərlərinin terminaldakı istismar obyektlərinə qoşulması daxildir. Apreldə Səngəçal terminalı bir gündə 900 min barreldən artıq nefti texnoloji emaldan keçirərək ixrac etməklə özünün indiyə qədərki ən yüksək gündəlik ixracat göstəricisinə nail olmuşdur.

X X X

Aprelin əvvəllərində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanından 100 milyon barrel xam neft tankerə yüklənib bazara yola salınmışdır. Ötən ilin iyun ayından bəri BTC boru kəməri ilə 131 milyon barrel (165 tanker və ya 17,6 milyon ton) xam neft ixrac olunmuşdur. O da vurğulanmışdır ki, bu ilin aprelindən başlayaraq BTC-nin səhmdarları AÇG neftindən öz paylarına düşən bütün həcmləri yalnız bu boru kəməri ilə nəql edirlər.

Bildirilmişdir ki, 1997-ci ildə ixrac əməliyyatlarının başlanğıcından 2007-ci ilin birinci rübünün sonunadək olan dövr ərzində Şimal İxrac Boru Kəməri sistemi vasitəsilə təxminən 186 milyon barrel (282 tanker və ya təxminən 25 milyon ton) neft (ARDNŞ-in Azəri-Çıraq-Dərinsulu Günəşlidən olmayan nefti də daxil olmaqla) nəql olunmuşdur. Hazırda Azərbaycan və Gürcüstan dəmiryol sistemləri ilə gündəlik orta hesabla 100 min barrel neft daşınır. Neftin dəmiryolu ilə Gürcüstanın Batumi limanına daşınmasının başlanğıcından 2007-ci ilin birinci rübünün sonuna kimi bu sistemlə 73 milyon barrel (9,8 milyon ton və ya 122 tanker) neft daşınmışdır. Genişmiqyaslı təmir proqramının başa çatdırılması məqsədi ilə Bakı-Supsa Qərb İxrac Boru Kəmərinin (QİBK) istismarı hazırda ehtiyat tədbiri olaraq müvəqqəti dayandırılmışdır. Bu proqrama boru kəmərinin bir kilometrlik hissəsinin keçdiyi marşrutun dəyişdirilməsi daxildir. Bütün zəruri təmir işləri sona çatandan və boru kəmərinin texniki bütövlüyü təmin edildikdən sonra bu kəmərin istismarı bərpa olunacaqdır.

İnşaat işlərinin yerinə yetirilmiş və hazırda davam edən hissələri barədə məlumat verilərək qeyd edilmişdir ki, hazırda tikinti podratçıları AÇG layihələrinin icrasına 7.900 işçi cəlb etmişlər ki, bunun da 75 faizi Azərbaycan vətəndaşlarıdır.

Bu il Faza 3 (Dərinsulu Günəşli) üzrə tikinti işlərində də xeyli irəliləyiş əldə olunmuşdur. Səngəçal Terminalının Genişləndirilməsi Proqramının AÇG Faza 3 qurğularının terminaldakı əsas tikinti işlərinin 97 faizi tamamlanmışdır. STGP-də Faza 3 hissəsinin bu ilin dördüncü rübü ərzində tamamlanması nəzərdə tutulur.

Bildirilmişdir ki, “Əsrin müqaviləsi”ndə xüsusi mərhələ və ən böyük nailiyyət olan Bakı-Tbilisi-Ceyhan layihəsinin (BTC) bu ilin birinci rübü ərzində əsaslı xərcləri 16 milyon dollar təşkil etmişdir və 2007-ci il üçün BTC-nin ümumi əsaslı məsrəfləri 152 milyon dollar olacaq. Hazırda bu boru kəməri ilə ixrac olunan neftin həcmi sutkada 870 min barreldən çoxdur və bu boru kəməri 2008-ci ilin sonunda gündə bir milyon barrel (ildə təqribən 50 milyon ton) neft ötürmə gücünə çatdırılacaqdır. Maksimum ötürücülük gücü təmin olunduqdan sonra Ceyhan terminalından gündə 1-2 tanker yola salınacaqdır.

Şahdəniz layihəsinin Xəzər dənizinin Azərbaycan sektorunda qaz və kondensatın işlənməsindən və Azərbaycan, Gürcüstan, Türkiyə bazarlarına planlaşdırılmış qaz ixracından ibarət olduğunu nəzərə çarpdıran bp təmsilçiləri qeyd etmişlər ki, 2007-ci ilin birinci rübü ərzində layihə əməliyyat xərcləri üçün planlaşdırılmış 183 milyon dolların 29 milyon dollarını, eləcə də Şahdəniz işləri üzrə əsaslı xərclər üçün planlaşdırılmış 334 milyon dolların 102 milyon dollarını xərcləmişdir. Mart ayının əvvəllərindən etibarən bu yataqdan sabit şəkildə hasil edilən qaz Azərbaycan və Gürcüstandakı qazgötürmə məntəqələrinə nəql olunur. Hazırda Şahdəniz yatağında iki quyudan gündə 180 milyon kubfut (təxminən 5,2 milyon kubmetr) qaz, üstəgəl sutkada təxminən 15 min barrel kondensat hasil olunur. Bu hasilat, ümumilikdə, sutkada 46 min barrel neft ekvivalenti təşkil edir.

İkinci quyu (SD-01) təmir işləri uğurla başa çatdıqdan sonra mayın 25-də hasilata başlamışdır. 2007-ci il ərzində yataqdakı qalan iki öncə qazma quyusu istismar rejiminə keçirildikcə hasilat həcmi çoxalacaq. Bu ilin sonlarında platformadan yeni quyuların qazılmasına başlanacaqdır. 2007-ci ildə Şahdənizdən orta gündəlik hasilatın təqribən 65 min barrel (neft ekvivalenti) olması nəzərdə tutulur. Mərhələ 1 çərçivəsində ən yüksək illik sabit hasilat həcminin 8,6 milyard kubmetr qaz və gündəlik təxminən 30 min barrel kondensat təşkil etməsi gözlənilir.

SDX-4 kəşfiyyat-qiymətləndirmə quyusu üzrə işlər geoloji yan lüləsi ilə davam edir. Martda Fasilə dəstindən aşağı horizontlarda təqribən 7300 metr dərinlikdə karotaj işləri aparılmışdır. Qiymətləndirmə işlərinin nəticələri quyunun qazılması və məlumatların təhlili başa çatdıqdan sonra bilinəcəkdir.

Nəzərə çatdırılmışdır ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2007-ci il üzrə əsaslı xərclər üçün nəzərdə tutulmuş 41 milyon dolların ilk üç ay ərzində 12 milyonunu xərcləmişdir. CQBK 2006-cı ildən istismardadır. Bu kəmər Şahdəniz yatağından hasil olunan qazı Azərbaycan və Gürcüstana nəql edir. Bu boru kəməri dekabrda Gürcüstan-Türkiyə sərhədində Türkiyə boru kəməri sisteminə birləşdirilmişdir və Türkiyə tərəfi qazı qəbul etməyə hazır olan kimi kəmər mavi yanacağı Türkiyəyə çatdırmağa başlayacaqdır.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək