BRAZİLİYA QƏHVƏSİ BAHALAŞA BİLƏR
AZƏRTAC xəbər verir ki, son vaxtlar qəhvə yetişdirən braziliyalı fermerlərin işləri yaxşı getmir: işçi qüvvəsinin və gübrələrin kəskin surətdə bahalaşması gəlirlərin xeyli azalmasına səbəb olmuşdur.
Ekspertlər qeyd edirlər ki, təkcə bu il gübrə xərcləri iki dəfə artmışdır. Milli valyuta - realın məzənnəsinin xeyli qalxması da öz rolunu oynamışdır. Bu səbəbdən Braziliya qəhvəsinin xaricdə rəqabət qabiliyyəti zəifləmişdir.
Hazırda “arabika” növünün bir funtu 1,42 dollardır. Ötən il iyulun əvvəlindən başlayaraq həmin növ artıq 25 faiz bahalaşmışdır.
Doğrudur, bazarın bəzi iştirakçıları qeyd edirlər ki, tezliklə vəziyyət əsaslı surətdə dəyişə bilər. Treyder Con Volters bildirmişdir ki, qəhvə bazarının hazırkı vəziyyəti sonda qiymətlərin artmasına gətirib çıxaracaqdır.
Bununla belə, analitiklərin bir çoxunun fikrincə, istehsalçıların özləri üçün yüksək qiymətlər sərfəlidir. Səbəb yalnız gəlirdə deyil. Məsələ burasındadır ki, Braziliyada “Pepro” hökumət proqramı fəaliyyət göstərir. Proqramın mahiyyəti qəhvə istehsalçılarına maddi yardım göstərməkdir. Lakin maddi yardımı yalnız qəhvəni müəyyən qiymətə satan istehsalçılar alırlar. Analitiklərin fikrincə, yaxın vaxtlarda qəhvənin bir funtu 1,50 və ya 1,70 dollara satılacaqdır.
Ekspertlərin rəyinə görə, getdikcə qəhvə istehsal etmək təkcə kiçik fermerlər üçün deyil, iri şirkətlər üçün də çətinləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]