BRAZİLİYA YIĞMASINI VƏTƏNDƏ FİTƏ BASMIŞLAR
Yığmanın məşqçisi Karlus Albertu Parreyra San-Pauluda mətbuat konfransında bildirmişdir ki, vəzifəsindən gedir və yeni məşqçi nə qədər tez təyin olunarsa, yığma üçün bir o qədər yaxşıdır, çünki komanda 2010-cu ilin dünya çempionatına hazırlaşmalıdır.
Braziliyada komandanın indiki tərkibini ehtiyata göndərməyə hazırlaşırlar. Yığmanın əsas oyunçusu Ronaldo Rio-de-Janeyroya getməyə cürət etməyərək, yeni rəfiqəsi, oğlu və onun anası (birinci xanımı) ilə İspaniyaya yola düşmüşdür. O, özünü göstərə bilmədiyi oyunun məğlubiyyətinin acısını unutmaq üçün uzun müddət bu ölkədə qalmaq niyyətindədir.
2005-ci ilin ən yaxşı futbolçusu Ronaldinyunun vətənində onun sönük oyununa etiraz əlaməti olaraq mərkəzi meydanda papye-maşedən hazırlanmış müqəvva yandırılmışdır. Braziliya mətbuatının komandanın qapısından keçirilən yeganə topa görə təqsirləndirdiyi Roberto Karlos isə demişdir ki, daha Braziliya yığmasında oynamayacaqdır. Cərimə zərbəsinin vurulması braziliyalılar üçün məşum olmuşdur, belə ki, reportyorlar bu an qapıçı Karlosu butslarının qaytanını bağlayan yerdə lentə almışlar.
Komandanın kapitanı və veteranı Kafu yığmanı tərk edir. Dünya çempionatında öz məharətlərini cüzi də olsa göstərə bilməyən əksər oyunçuları da belə aqibət gözləyir.