Braziliyalı startap “Web Summit”in qalibi olub
Bakı, 17 noyabr, AZƏRTAC
Bundan əvvəl xəbər verildiyi kimi, Portuqaliyanın paytaxtı Lissabonda 8-ci illik “Web Summit” texnoloji konfransı keçirilir. Tədbirdə 153 ölkədən 70 min nümayəndə iştirak edir, təxminən 2 608 startap təqdim olunub. Bu, tarix boyunca ən yüksək göstəricidir.
AZƏRTAC konfransın təşkilatçılarına istinadla xəbər verir ki, Braziliyadan olan “Inspira” startapı “Web Summit”in təşkil etdiyi “PITCH” startaplar müsabiqəsinin qalibi elan olunub. “Inspira” 100-dən çox rəqib şirkəti geridə qoyub.
“PITCH” - “Web Summit” startaplar müsabiqəsidir və erkən inkişaf mərhələlərində aparıcı dünya startaplarını birləşdirir.
Hüquqi proqram təminatının istehsalçısı olan braziliyalı “Inspira” şirkəti süni intellektdən istifadə edərək, hüquqi informasiyanı hamı üçün əlçatan etmək üçün onun demokratikləşdirilməsi yolu ilə hüquq bazarının təkmilləşdirilməsinə yönəlib.
İkinci yeri Kiprdən olan səhiyyə sahəsindəki “Cognimate” startapı və Rumıniyadan “Kinderpedia” startapı - uşaqlara qulluq üçün həllərin istehsalçısı şirkəti bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]