DÜNYA
Bred Pitt ünvanına səsləndirilən ittihamlara son qoymaq üçün qan analizi verib
Bakı, 29 sentyabr, AZƏRTAC
Hollivud ulduzu Bred Pitt ünvanına səsləndirilən ittihamları rədd etmək üçün qanında narkotik və alkoqolun mövcud olub-olmadığının aydınlaşdırılması məqsədilə könüllü analiz verib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ittihamlar şəxsi təyyarəsində səyahət zamanı aktyorun 15 yaşlı oğlu Meddoksla kobud rəftarından qaynaqlanıb.
KİV-lərin yaydığı xəbərlərə görə, bu barədə Los-Anceles polis idarəsinə aktyorun təyyarəsini idarə edən pilotlardan biri məlumat verib. Bununla yanaşı, Bred Pittin həyat yoldaşı Ancelina Colinin münaqişə zamanı aktyorun güc tətbiq etməsinə imkan verməyərək, əri ilə oğlunun arasına girdiyi qeyd olunur.
Xatırladaq ki, Ancelina Coli aralarında barışmaz fikir ayrılıqları səbəbindən Bred Pittdən boşanmaq istədiyini bildirib. O, mətbuata açıqlamalarından birində ərini “əyyaş və narkoman” adlandırıb. Cütlüyün boşanacağı təqdirdə, Bred Pitt uşaqların hamisi olaraq qalacaq.