DÜNYA
Britaniyalı peşəkar boksçu Mayk Touellin son döyüşü
Bakı, 1 oktyabr, AZƏRTAC
Orta ağır çəki dərəcəsində çıxış edən Britaniya boksçusu Mayk Touell rəqibi Deyl Evansla döyüşdə aldığı zədələr səbəbindən həyatını itirib. Bu barədə oktyabrın 1-də Daily Mail nəşri məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, döyüş cümə axşamı günü Qlazqoda keçirilib. Mayk Touell beşinci raundda ağır zədə alıb və rinqi xərəkdə tərk etməli olub. Daha sonra isə xəstəxanaya yerləşdirilib.
Boksçunun menecerinin sözlərinə görə, ciddi surətdə zədələnən Touell süni nəfəs aparatına qoşulmuşdu. Həkimlər onu həyata qaytara bilməyiblər və idmançı şənbə günü 26 yaşında vəfat edib.
Son döyüşünə qədər Mayk Touell peşəkar boksda 11 qələbə qazanmış və bir görüşü heç-heçə başa vurmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]