Azərbaycan Dövlət İnformasiya Agentliyi

BRUNEY DƏRUSSALAMIN SULTANI ƏLAHƏZRƏT HƏSSƏNAL BOLKİAHA

Əlahəzrət, 

Bruney Dərussalamın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızı yaxınlaşdıran qarşılıqlı rəğbət və dostluq hissləri əlaqələrimizin bütün sahələrdə genişlənməsinə həmişə öz müsbət təsirini göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 14 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin