REGİONLAR
Brusellyoz xəstəliyi aşkar edilən heyvanlar zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Ötən il respublikada heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1 milyon 184 min 533 baş iribuynuzlu, 161 min 727 baş xırdabuynuzlu heyvandan qan nümunəsi götürülərək, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəticədə 1410 baş iribuynuzlu, 449 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilmişdir. Xəstə heyvanlar təlimata uyğun surətdə zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılmışdır.
Bununla yanaşı, vərəmə qarşı 581 min 702 baş iribuynuzlu, manqoya qarşı 57 min 525 baş təkdırnaqlı heyvan müayinə olunmuş və xəstə aşkar edilməmişdir.