Brüsseldə Macarıstanı mühakimə edirlər
Budapeşt, 17 sentyabr, AZƏRTAC
Bu gün Avropa İttifaqının paytaxtında Avropa Parlamentinin 2018-ci ilin sentyabrında təşəbbüskarı olduğu intizam prosedurlarının Macarıstana münasibətdə nəzərdən keçirilməsinə başlanılır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı işləri üzrə nazirlər artıq parlament üzvlərinin hesabatını dinləyiblər. Hesabatlarda Macarıstan hökumətinin mətbuat azadlığına hücum faktları, seçki qanunvericiliyinə şübhəli düzəlişlər və Soros tərəfindən yaradılan Mərkəzi Avropa Universitetinin bağlanması misal çəkilir.
Macarıstan parlamenti ittihamları qəbul etmir və onları “siyasi şəkildə motivləşdirilmiş” adlandırır. Öz növbəsində, Almaniya və Fransa hökumətləri adından çıxış edən Fransanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Ameli de Monşalen irəli sürülən iddiaların əsassızlığını göstərən dəlillərin Budapeşt tərəfindən təqdim olunmasını təklif edib. Aİ Nazirlər Şurası tərəfindən rəsmi xəbərdarlığın çıxarılması üçün Avropa İttifaqına üzv olan 28 ölkədən 22-sinin dəstəyi vacibdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]