CƏMİYYƏT
Bu gün Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 7047 test aparılıb
Bakı, 4 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7047 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 322.574-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, hazırda 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 100 nəfəri reanimasiyadadır ki, onlardan da 21-i süni tənəffüs cihazına qoşulub.