İQTİSADİYYAT
Bu həftə səyyar qeydiyyat xidməti paytaxtın Yasamal rayonunda təşkil ediləcək
Bakı, 16 dekabr, AZƏRTAC
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində dekabrın 16-20-də növbəti səyyar qeydiyyat xidməti Yasamal rayonu 5 ünvanında vətəndaşların xidmətində olacaq. Həftə ərzində mobil ofislərdə göstəriləcək xidmət ümumilikdə 900-dək mənzili əhatə edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səyyar qeydiyyat xidməti dekabrın 16-17-də Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi 2, dekabrın 18-də A.M.Şərifzadə küçəsi, məhəllə 3159, dekabrın 19-da M.F.Axundov küçəsi 150A, dekabrın 20-də isə D.Bünyadzadə 11e ünvanlarında yerləşən çoxmərtəbəli binaların həyətində təşkil olunacaq.
Xidmətdən istifadə etmək istəyənlər göstərilən tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını mobil qeydiyyat ofisinə təqdim etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]