DÜNYA
Bu il 1600-dən çox xarici vətəndaş sığınacaq almaq üçün Gürcüstan hökumətinə müraciət edib
Tbilisi, 20 dekabr, AZƏRTAC
Bu il 1617 nəfər xarici vətəndaş sığınacaq almaq üçün Gürcüstan hökumətinə müraciət edib.
Bu məlumatı Gürcüstanın qaçqınlar, yerləşdirmə və məcburi köçkünlərin işləri üzrə naziri Sozar Subari rəhbərlik etdiyi qurumun ikiillik fəaliyyətinə həsr olunmuş hesabatın təqdimatı zamanı verib.
Nazir deyib ki, cari ildə 57 əcnəbiyə sığınacaq verilib, 220 nəfər rədd cavabı alıb. Hazırda nazirlikdə 1246 nəfərin müraciətinə baxılır.
Müraciət edənlərin əksəriyyəti (779 nəfər) İraq vətəndaşıdır.
S.Subari deyib ki, son vaxtlar sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayında da artım müşahidə olunur. Artıq onların sayı 295-ə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:40]
Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]