İQTİSADİYYAT
Bu il 27002,3 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib
Bakı, 14 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38,5 faizi sənayedə, 11,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olub.