BU İL GÜNƏŞİN İLK TUTULMASI
Bakı, 15 yanvar (AZƏRTAC). KİV-lər xəbər verirlər ki, bu gün səhər 2010-cu ildə Günəşin ilk tutulması başlanmışdır. Ay Günəşin diskini tam örtmür, onun kənarlarında parlaq günəş halqası görünür. Bu astronomik hadisəni bütün gözəlliyi ilə yalnız Yerin şərq yarımkürəsinin sakinləri görə bilirlər.
Ölkəmizin sakinlərinin bu barədə bəxti gətirməmişdir. Qrinviç üzrə saat 04.05-də (Bakı vaxtı ilə 08.05) Ayın yarımkölgəsi planetimizə toxunaraq, Afrika, Balkan, Çin, Hindistan, Türkiyə və bəzi digər regionlardan keçən sahəni örtmüşdür. Həmin kölgə 4 saat müddətində 12,9 min kilometr məsafə qət edərək, Yer səthinin 0,87 faizini örtəcəkdir. Günəşin tutulması özünün zirvə mərhələsində rekord müddətdə - 11 dəqiqə davam edəcəkdir. Qrinviç üzrə saat 10.07-də (Bakı vaxtı ilə 14.07) Günəşin tutulması başa çatacaqdır.
Həkimlər bildirirlər ki, Günəşin tutulması insanların psixologiyasına güclü təsir göstərir. Ayın və Günəşin təsiri ilə insan orqanizmində adi dalğavarı dəyişikliklər baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]