Bu il Naxçıvan ÜDM-i artıb
Naxçıvan, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 818 milyon 604 min 700 manat olub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 1 744,7 manat olub.
Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 295 milyon 313 min 700 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 2,3 faiz üstələyib. Sənaye məhsulunun 264 milyon 224 min manatı və ya 89,5 faizi malların, 31 milyon 89 min 700 manatı və ya 10,5 faizi isə xidmətlərin payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]