Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb

Bu il qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına dair oktyabrın 30-da keçirilən mətbuat konfransda İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 206 milyon dollar və ya 17 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 465,6 milyon dollar, Türkiyəyə 304 milyon dollar, İsveçrəyə 125,4 milyon dollar, Gürcüstana 123,2 milyon dollar və İtaliyaya 34,4 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsullar ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

Bu ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (142,3 milyon dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 120,8 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, cari ilin 9 ayında meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon dollar təşkil edib.

Ötən ilin eyni aylarına nisbətən bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

Cari ilin sentyabrında isə qeyri-neft sektoru üzrə ixrac 136 milyon dollar təşkil edib. Keçən ilin eyni ayı ilə müqayisədə bu ilin sentyabrında qeyri-neft sektoru üzrə ixrac 22 milyon dollar və ya 19 faiz artıb. Cari ilin sentyabrında qeyri neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (38,5 milyon dollar), Türkiyəyə (25,4 milyon dollar), İsveçrəyə (13,9 milyon dollar), Gürcüstana (12,5 milyon dollar) və Çinə (5,4 milyon dollar) ixrac edilib. Sentyabrda qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon dollar) üçüncü olub.

“İxrac icmalı”nın oktyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “SOCAR Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC, “Global Export Fruits” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company”, “Caspian enerji-2020” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azərenerji” TSC, “AzerGold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC, “Azərikimya” İB, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Bakı Neft Maşinqayırma Zavodu” ASC.

“İxrac icmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 30,2 milyon dollarlıq xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Sentyabrda isə “Azərkosmos” 20 ölkəyə 2,2 milyon dollarlıq xidmət ixrac edib. ASC-nin cari ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

Məlumat verilib ki, yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 2,4 milyon və ya ötən ilin eyni ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabrında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb və onların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 106,2 milyon manat təşkil edib. Ümumilikdə isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.

“İxrac icmalı”nda yanvar-sentyabr aylarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Bildirilir ki, 9 ayda “Azexport.az” portalına 436,4 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4 faiz artıb. Bu ilin sentyabrında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon dollar təşkil edib. Yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2 faiz), Türkiyə (5,8 faiz), Hindistan (5,7 faiz), ABŞ (5,6 faiz) və İngiltərə (5,1 faiz) qərarlaşıb. Sentyabrda “Azexport.az” portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və sair məhsullara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvarından bu il sentyabrın 30-dək (33 ay ərzində) “Azexport.az” portalına 136 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon dollar təşkil edib.

“İxrac icmalı”nda göstərilib ki, bu ilin oktyabrında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon dollar olub. Yanvar-oktyabr aylarında “Bir Pəncərə” mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.

Həmçinin “İxrac icmalı”nın oktyabr sayında “Kreativ Azərbaycan: Yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda tədbirin təşkil olunması, Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumunda ilk dəfə dövlət və özəl Tərəfdaşlığı müqaviləsi “ASAN İmza” vasitəsilə onlayn imzalanması, Azərbaycan məhsullarının “Anuga 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunması və sair barədə də məlumatlar verilib. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac icmalı”ı ilə “www.iqtisadiislahat.org” saytının “İcmallar” bölməsində tanış olmaq mümkündür.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dillər Universitetində Çinin Çunfen bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib