REGİONLAR
Bu il Yevlaxda 10 ton barama istehsalı nəzərdə tutulur
Yevlax, 3 may, AZƏRTAC
Ötən il Yevlax rayonunda 1825 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq Qax Damazlıq İpəkçilik Stansiyasından 200 qutu (3800 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 120-dən çox ailəyə paylanılıb. Cari mövsümdə 10 ton barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, Yevlax rayonunda baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 90 min ədəd tut (çəkil) tingi əkilib.