Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 18 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var.
Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir.
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik.
Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb.
Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub.
33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirilib.
BMT: Silahlı münaqişə zonalarında uşaqlara qarşı zorakılıq halları rekord həddə çatıb.
İyunun 21-də Azərbaycan dili fənni üzrə növbəti imtahan təşkil olunacaq.
Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib.
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar.
Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir.
Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir.
Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir.