Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 31 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub.
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib.
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib.
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub.
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb.
İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşib.
Türkiyənin milli döyüş təyyarəsinin yeni prototipi ilk yerüstü hərəkət sınağını uğurla başa vurub.
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.
Xüsusi təyinatlıların“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib.
Milli Məclisin sədri Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.