Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir
Bakı, 26 avqust, AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib.
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva arasında telefon danışığı olub.
Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq.
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb.
Cəlilabadda zəlzələ olub.
Ölkəyə qanunsuz gətirilən qəlyan tütünləri aşkarlanıb.
Azərbaycan boks millisi Avropa çempionatına Gürcüstanda hazırlaşacaq.
Çində palçıq axını olub, itkin düşənlər var.
Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb.