Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 1 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib.
Prezidenti İlham Əliyev Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb.
Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı.
Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq.
Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub.
Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin Bişkek görüşünü geniş işıqlandırıb.
Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb.
Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
ANAMA ilə NATO humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir.
Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək.
Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir.
Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş.