MƏDƏNİYYƏT
Bu səyahət mənim həyatında unudulmaz xatirəyə çevriləcək
Gəncə, 25 avqust (AZƏRTAC, Sabir Əliyev). “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək ürəyimizcədir. Aksiya zamanı bölgələrin qədim tarixi, mədəniyyət abidələri, müasir inkişafı ilə tanış olmaqla bərabər, həm də özümüzə çoxlu dostlar tapacağıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyən Biləsuvar liseyinin XI sinif şagirdi Aytac Əmənova daha sonra dedi: “İlk dəfədir kollektiv ekskursiyada iştirak edirəm. Söz yox ki, bu səyahət mənim həyatında unudulmaz xatirəyə çevriləcək. Mənə belə gəlir ki, hər bir şagird yaxşı oxumaqla yanaşı, həm də Vətənini sevməlidir. Vətəni sevmək üçün isə onu yaxşı tanımalıdır. Budur, mənim bu istəyim reallaşıb. Kollektiv şəkildə Gəncə-Şəmkir-Göygöl marşrutu ilə respublikamızın qərb bölgəsinə gəlmişik. Dörd gün ərzində keçiriləcək ekskursiya zamanı kitablarda, dərsliklərdə oxuduqlarımızı gözlərimizlə görəcəyik”.