REGİONLAR
Bu yaz özün bir təbiət yarat: Lənkəranda sakinlərə 1500-ə yaxın ağac tingi paylanılıb
Lənkəran, 13 aprel, Bağır Əliyev, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi ilə keçirdiyi yaz ağacəkmə kampaniyası çərçivəsində Lənkəranda sakinlərə 1500-ə yaxın müxtəlif növ ağac tingləri paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki dəmiryolu vağzalı meydanında keçirilən aksiya zamanı nazirliyin yerli şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinə ağac tingləri verilib.
Aksiya zamanı, həmçinin sakinlərə ağacların əkilməsi, onlara qulluq göstərilməsi ilə bağlı məsləhətlər və tövsiyələr çatdırılıb.
Qeyd edək ki, ölkəmizdə yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 50 mindən çox ağac tinglərinin paylanması nəzərdə tutulub.