Budapeşt Aİ-ni tənqid edib
Budapeşt, 1 noyabr, AZƏRTAC
Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanın Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsi məsələsində ona təzyiq kursunu davam etdirdiyi üçün Brüsseli tənqid edib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici siyasət idarəsi bu təzyiqi “qəbuledilməz” adlandırıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bununla bağlı deyib: “Təhlükəsizlik səbəblərindən Ukraynanın Avropa İttifaqına daxil olmasını sürətləndirmək üçün bizə təzyiq etməyə çalışırlar”. Diplomat qeyd edib ki, Aİ təhlükəsizlik sahəsi üzrə birlik deyil, siyasi-iqtisadi ittifaqdır və bu səbəbdən ölkənin gələcək üzvlüyünün təhlükəsizlik mülahizələri baxımından əsaslandırılması tamamilə qəbuledilməzidir.
Budapeşt əvvəllər Aİ-yə üzv olan digər ölkələrin XİN başçılarının “Ukraynadakı münaqişədən yorulmaq” barədə eyhamları ehtiva edən mövqeyindən təəccübləndiyini bildirmişdi. Siyartonun sözlərinə görə, ictimaiyyətin və KİV-lərin Ukraynaya marağını dəstəkləmək çox çətindir və bu, tezliklə sülhün bərqərar olmasının zəruriliyini bir daha təsdiq edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:57]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:31]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]