BUDAPEŞTDƏ QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Macarıstan Respublikasına dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı Budapeştin “Farihegi-2” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı təyyarənin pilləkəni yanında Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
######
